Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Toyota” Heydər Əliyev prospektində dirəklərə çırpıldı - Fotolar
Tarix: 30-09-2016 | Saat: 21:24
Bölmə:Karusel / Hadisə | çapa göndər

“Toyota” Heydər Əliyev prospektində dirəklərə çırpıldı - Fotolar


"Xəbəraz.az "xəbər verir ki, hüquq-mühafizə orqanlarından Report-a verilən məlumata görə, Nərimanov rayonunda ağır yol qəzası baş verib. Heydər Əliyev prospekti ilə şəhər istiqamətində hərəkət edən "Toyota" markalı avtomobilin sürücüsü 25 yaşlı Kamran Nəcəfov idarəetməni itirib. Nəticədə avtomobil işıq dirəklərinə çırpılaraq dayanıb. Sürücü avtomobildə sıxılı vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri xüsusi avadanlığın köməyi ilə sürücünü maşından çıxarıblar. Ağır xəsarətlər alan Kamran Nəcəfov xəstəxanaya çatdırılıb.

Polisdən verilən məlumata görə, qəzaya ilkin səbəb kimi yüksək sürət və yolun yaş olması göstərilir.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

“Toyota” Heydər Əliyev prospektində dirəklərə çırpıldı - Fotolar
“Toyota” Heydər Əliyev prospektində dirəklərə çırpıldı - Fotolar


Xəbəri paylaş

6958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___