Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"4 uşaqlı ailələrə növbədənkənar torpaq verilsin"
Tarix: 30-09-2016 | Saat: 14:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

"4 uşaqlı ailələrə növbədənkənar torpaq verilsin"

Milli Məclisin payız sessiyasının ilk plenar iclasında deputat Musa Quliyev parlamentin 2016-cı il payız sessiyasının qanunvericilik işləri planına müəyyən təkliflər irəli sürüb.
"Xəbəraz.az " publika.az-a istinadən bildirir ki, deputat deyib ki, Azərbaycan prezidenti əhalinin mənzillə təminatı məsələsinə xüsusi qayğı göstərir. Bununla bağlı ipoteka mexanizmi işə salınıb, sosial evlərin tikilməsi məsələsi var. Prezidentin bu haqda sərəncamları olub. Sözsüz ki, bütün bunlar əhalinin mənzillə təmin edilməsinə ciddi qayğıdır. Mən MBD ölkələrinin təcrübəsindən çıxış edərək təklif edirəm ki, 4 uşaqlı ailələrə ev tikilməsi üçün yerlər ayrılsın. Hesab edirəm ki, bu, növbədənkənar olmalıdır".

Musa Quliyevin ikinci təklifi orqan transplantasiyası ilə bağlı olub: "Təəssüflər olsun ki, meyitlərdən orqanların götürülməsi ilə bağlı qanunlara dəyişiklik lazımdır. Bir çox xəstəliklər var ki, xəstələrimiz müalicə üçün xaricə gedirlər və sonrada nəzarətsiz qalırlar. Toxumaların, buynuzlu qişaların, kök hüceyrələrinin ölkəyə gətirilməsi haqda qadağa yoxdur. Amma bunların ölkəyə gətirilməsini təmin etmək üçün müvafiq qanun və direktiv yoxdur".


Xəbəri paylaş

7728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___