Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakının içində Dəkkə mənzərəsi - Sakinlərə rezin qayıq lazımdır - VİDEO
Tarix: 30-09-2016 | Saat: 13:51
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Bakının içində Dəkkə mənzərəsi - Sakinlərə rezin qayıq lazımdır - VİDEO

Bakıda iki gündür davam edən güclü yağış paytaxtda və ətraf qəsəbələrdə bir çox problemlər yaradıb.

Bəzi qəsəbələrdə fərdi yaşayış evləri yağış suları altında qalıb. Avtomobil yolları keçilməz hala düşüb. Yaranmış durumun mənzərəsi beynəlxalq xəbərlər bülletenindən tanış olan sel basmış ölkələrin vəziyyətini xatırladır.

Hər yağış yağdıqdan sonra bu günə düşən qəsəbələrdən biri də Sabunçudur.

"Xəbəraz.az "musavat.com-a istinadən bildirir ki, qəsəbənin mərkəzi - Sabunçu vağzalı adlanan ərazisi iki gündür yağış suları altındadır.

Yaranmış "göl" vağzal ərazisində hərəkəti tamamilə iflic edib. Avtomobilllərin və piyadaların hərəkəti mümkünsüz olub. Sakinlərin avtobuslardan istifadə etməsi üçün yeganə dayanacaq olan vağzal ərazisinə giriş və çıxış mümkünsüz olduğundan insanlar uzun məsafələr qət etməli olurlar. Hazırda sözün birbaşa mənasında insanlara rezin qayıq lazımdır.

Haqqında danışdığımız əraziyə iki gün ərzində bir dəfə də olsun aidiyyəti qurumlardan heç kim gəlməyib və heç nir tədbir görülməyib.

"Göl"ün yaranmasına səbəb kanalizasiya xəttinin yararsız vəziyyətdə olmasıdır. Belə ki, qəsəbənin əksər ərazisindən vağzala yağış suları axsa da gölün yarandığı ərazidə iki kanalizasiya quyusu mövcuddur. Bu isə təbii olaraq yağış sularının günlərlə adı çəkilən ərazidə qalmasına səbəb olur.

Qəsəbə ərazisində yalnız vağzal ətrafı deyil, fərdi yaşayış evlərinin salındığı küçələr də yağış sularından keçilməz olub. Bəzi evlər sular altında qalıb.






Xəbəri paylaş

7828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___