Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakının bu qəsəbələrində qaz məhdudiyyəti olacaq
Tarix: 27-09-2016 | Saat: 21:11
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Bakının bu qəsəbələrində qaz məhdudiyyəti olacaq

Bakının bəzi küçə və prospektlərində təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a bildirilib ki, 7-ci Əhmədli küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, həmçinin Nərimanov rayonu F.Yusifov küçəsi 1987-ci məhəllədə yerləşən “Azərbaycan Gözdən Əlillər” cəmiyyətinə məxsus 152 mənzilli yaşayış binasının qaz xəttinin mənbəyə birləşdirilməsi və istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması ilə əlaqədar sentyabrın 28-də saat 09:00-dan 18:00-dək Suraxanı rayonunun Günəşli, Bülbülə, Qaraçuxur və Əmircan qəsəbələrində, eləcədə Nərimanov rayonu Montin qəsəbəsi, H.Əliyev prospekti, M.Nərimanov, Həsənoğlu, Ə.Əliyev və digər ətraf küçələrin ərazisində, həmçinin Xətai rayonunun Sarayeva, Q.Nəbi, M.Rüstəm, Cavanşir, Sadıqcan, M.Hadi, S.Ə.Şirvani, Mehmandarov, Şıxlınski küçələrində, Gəncə prospekti və Zığ yolu ətrafının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Sabunçu rayonunun bir hissəsinin və Qaradağ rayonunun Lökbatan qəsəbəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.


Xəbəri paylaş

7338 dəfə oxunub.

Digər xəbərlər
28-11-2021, 14:26 Qaxda bıçaqlanma

bütün xəbərlər
____ Instagram ___