Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

KÖVRƏK VƏ XOŞ XATİRƏLƏRLƏ DOLU SƏFƏRİM BAŞA ÇATDI!
Tarix: 27-09-2016 | Saat: 02:05
Bölmə:K, M2, Qarabağdan xəbər var | çapa göndər

KÖVRƏK VƏ XOŞ XATİRƏLƏRLƏ DOLU SƏFƏRİM BAŞA ÇATDI!
VƏTƏNİ QORUYAN VƏTƏNCANLI OĞULLARI ZİYARƏT ETDİM!
İsti yay fəslinin başa çatmasına bir neçə gün qalmış-sentyabrın 10-dan 13-dək şair-jurnalist kimi Azərbaycanın bir neçə dilbər guşəsinə işgüzar səfər etdim. Vətənin gecə-gündüz keşiyini çəkən, yurdumuzu, torpaqlarımızı göz-bəbəyi kimi qoruyan Mübarizruhlu, Vətəncanlı oğullarımızı Müqəddəs Qurban Bayramında ziyarət etdim!
Azərbaycanın müstəqilliyini qoruyan, Vətənin keşiyində dayanan Silahlı Qüvvələrin hərbi hissələrində, eləcə də şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi məqsədi ilə şair-jurnalist kimi bir neçə rayonda 4 günlük səfərdə oldum. Səfər müddətində ayrı-ayrı hərbi hissələrdə Vətənpərvər, şücaətli, məğrur əsgərlərlə görüşlər keçirtdim.
Şəmkirdə, Qazağda, Göygöl rayonunda, Murovdağda və Gəncə şəhərində Vətənsevər, qorxubilməz əsgərlərlə bir neçə unudulmaz, gözəl görüşlərim baş tutdu.
Qazax rayonunda düşmənlə təmas xəttində yerləşən mövqelərimizdə Vətənin, dövlətin qarşısında əsgəri borcunu şərəflə yerinə yetirən hərbi qulluqçularımızın qarşısında böyük ilhamla yaddaşlara həkk olan çıxış etdim və Vətənpərvərlik mövzusunda yazdığım şeirlərimi söylədim.
Vətənpərvərlik ruhunda söylədiyim şeirlər əsgərlərlərdə xoş ovqat yaratdı, onların ruhunu oxşadı. "Vaxt çatıb, qalxın ayağa, İgidlər, düşün qabağa. Gedək, gedək Qarabağa, Haydı igidlər, irəli!" misralarım zirvələrdə əks-səda verdi. Vətəncanlı, Vətənsevər əsgərlər səsimə səs verərək Qarabağ uğrunda döyüşlərə hər an hazır olduqlarını bildirdilər!
Azərbaycan əsgərlərində həmişə olduğu kimi, yenə də yüksək Vətənpərvərlik ruhu gördüm!
Vətəncanlı əsgər oğullarımızın qarşısında şair xanım kimi çox böyük həvəslə çıxış etdim. Vətənpərvərlik ruhunda yazdığım şeirlərimi əsgərlərin qarşısında şövqlə söylədim. Şair, jurnalist kimi çıxışlarım əsgərlər tərəfindən alqışlarla qarşılandı!
Mərdürəkli əsgərlərimizdə çox gözəl əhval-ruhuiyyənin şahidi oldum! Böyük Yaradan qorusun Vətənimizi düşməndən qoruyan vüqarlı qorxubilməz, dəyanətli, qəhrəman oğullarımızı!
Bəli, Ana VƏTƏN sizə güvənir igid oğullar! Nə yaxşı ki, Vətənimizin sizin kimi Vətənsevər, qorxmaz oğulları var! İgid əsgər oğullarımızla böyük qürur hissi duyuruq! Var olsun Vətənpərvər, qorxubilməz Azərbaycan əsgərləri!
Müqəddəs Qurban Bayramı günlərində-sentyabrın 13-də 4 günlük səfərim beləcə, gözəl notlarla yekunlaşdı, xoş anlarla Bakıya döndüm. Bu səfərim də digər səfərlərim kimi gözəl xatirələrlə yaddaşlara yazıldı. Uca Tanrı qorusun Ana Vətənimizin Vətənpərvər oğulların! AMİN!
Onu da qeyd edim ki, şəxsi heyətin mənəvi döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində yaxından iştirak etdiyimə görə, hərbi hissə Komandanlığı adından Fəxri Fərmanla təltif olundum!
Görüşün sonunda şəxsi heyətlə vidalaşaraq onlara müqəddəs xidmətlərində uğurlar arzuladım! Sonra isə xatirə şəkilləri çəkildi. Beləliklə, əsgərlərlə sağollaşıb yenidən görüşmək ümidi ilə onlardan ayrıldım!
Çox böyük ümidlə deyirəm ki, QƏLƏBƏ sorağını tezliklə eşidəcəyik! Şair-jurnalist olaraq, eləcə də Azərbaycan vətəndaşı kimi buna əminəm! Yaşasın Azərbaycanın Vətəncanlı oğulları! O möhtəşəm ZƏFƏR gününə çox az qalıb! Qələbə bizim olacaq! Çünki Azərbaycanımızın qüdrətli və güclü Milli Ordusu var! Eşq olsun Azərbaycanın yenilməz Milli Ordusuna!
Şair, jurnalist,
Xatirə ƏZİZ (Rəhimli)
KÖVRƏK VƏ XOŞ XATİRƏLƏRLƏ DOLU SƏFƏRİM BAŞA ÇATDI!
KÖVRƏK VƏ XOŞ XATİRƏLƏRLƏ DOLU SƏFƏRİM BAŞA ÇATDI!



4858 dəfə oxunub.

Digər xəbərlər
16-08-2015, 14:16 Elçin Cəfərov-Əziz Atam

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
23-13+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
26-02-2017
bütün xəbərlər
«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
____ Instagram ___