Hamilə qalmazdan əvvəl bunları mütləq edin – Qadınlara tövsiyə
Tarix: 23-09-2016 | Saat: 19:34
Bölmə:Karusel / Qadınlar | çapa göndər
Sağlam hamiləlik keçirə bilmək üçün hamilə qalmazdan əvvəl bəzi dəyişikliklər etmək məsləhətdir. Adətən qadınların çoxu hamiləlik başladıqdan sonra həkimə gedirlər. Ancaq hamiləliyin planlı olmasını istəyirsinizsə, həkimə əvvəldən müraciət etməlisiniz. İdeal hamiləlik keçirmək üçün qadınlara mütəxəssis məsləhətlərini təqdim edirik.
- Əvvəlcə sağlamlıq vəziyyətinizin hamiləliyə əlverişli olub-olmamasını təsbit etdirməlisiniz. Ürək-damar, tənəffüs sistemi, metabolik, şəkər xəstəliyi, yüksək təzyiq kimi hamiləliyə birbaşa təsir edən problemlərin olub-olmadığı müəyyən edilməlidir.
- Tam olaraq ginekoloji müayinədən keçməlisiniz. USM-lə uşaqlıq və yumurtalıqların vəziyyəti haqqında məlumat alınmalıdır. Təkrar olsa da qan testləri edilməməlidir.
- Qadın və kişinin ailəsində irsi olduğu düşünülən xəstəlik varsa, mütəxəssislərdən kömək istəyin. Planlaşdırılan hamiləlikdə bu riskin nə ola biləcəyi haqqında soruşun.
- İstifadə etdiyiniz və hamiləlikdə davam etdirməyiniz zəruri olan dərmanların hamiləliyə təsiri haqqında mütləq məlumat əldə etməlisiniz.
- Hamiləlik planlaşdırdıqda qidalanmanıza daha çox diqqət göstərməlisiniz. Hormonlu və bol karbohidratlı yeməklərdən uzaq durun. Qidaları təbii hallarına ən yaxın formada yeyin, yaşıl yarpaqlı salat və tərəvəzlərə üstünlük verin.
- Siqaret və spirt hamiləliyə mənfi təsir edir. Bunlar ümumi sağlamlığımıza və hamiləlikdə körpəyə zərərlidir. Bu səbəbdən də bu cür toksik vərdişləri tərgidin.
lent.az
Xəbəri paylaş
7958 dəfə oxunub.
Digər xəbərlər

18-04-2015, 12:48
Röya: Gərək ərə getməyim, kimisə alım – VİDEO
10-01-2017, 16:00
"Bakıda 2 minə yaxın sosial mənzil tikiləcək" - Prezident
15-05-2020, 16:16
Bulvar və parklara giriş bərpa olunur - RƏSMİ
14-08-2020, 17:34
Azərbaycanda bir gündə neçə nəfər koronavirusa yoluxdu? - AÇIQLAMA
10-05-2016, 13:57
Əsgərlərimiz and içdi - Foto
4-03-2017, 00:26
Birinci xanım xəstə uşaqlara nağıl oxudu - Fotolar
7-12-2018, 11:07
Əməliyyatdan çıxan Qənirə Paşayeva Bakıya qayıtdı
22-05-2023, 12:39
Benzin alarkən avtomobilin mühərrikini söndürmək lazımdırmı?
26-04-2017, 15:34
"Bir aya 10 min alıram" - Pərvin