Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Siyavuş Novruzovdan mollalara xəbərdarlıq
Tarix: 20-09-2016 | Saat: 18:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

Siyavuş Novruzovdan mollalara xəbərdarlıq

“Mollaların attestasiya məsələsi qanunla tənzimlənir. Bu məsələ ilə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məşğul olur. Biz sadəcə olaraq qanunla bağlı qərar veririk”.

"Xəbəraz.az " xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputat onu da diqqətə çatdırıb ki, hansısa şəxsin xaricdə dini təhsil alması onun molla kimi fəaliyyətinə geniş şərait yarada bilməz.

“Qanunda da var ki, xaricdə təhsil alıb gələn insanlar Azərbaycanda dini ritualları yerinə yetirə bilməz. Çünki hərəsi bir ölkədən gəlir və dini ritualların da yerinə yetirilməsində müəyyən problemlər yaradır. Bununla əlaqədar qanuna dəyişiklik olunub. Ancaq Azərbaycanda dini təhsil alanlar dini mərasimləri apara bilərlər. Eyni zamanda, Azərbaycanda dini təhsil almaq üçün həm İslam Universiteti, həm də Bakı Dövlət Universitetinin tərkibində dini – ilahiyyat fakültəsi var. Həmin təhsil ocaqlarında dini təhsil alan insanlar mərasim yerlərində bu məsələləri həyata keçirə bilərlər. Əgər mollanın ali təhsili və vahid forması yoxdursa, onların məclislərini aparması doğru deyil”.

Siyavuş Novruzov xaricdə təhsil alanların bir çox hallarda təhlükə mənbəyi olduğuna diqqət çəkib. “Xaricdə təhsil alan insan gəlib Azərbaycanda dini rituallar yerinə yetirə bilməz. Çünki onlar dini qaydaları yerinə yetirən zaman aldığı təhsillə yanaşı, həmin ölkənin ideologiyasını təbliğ etməyə səy göstərirlər. Bəzən də olur ki, xaricdə dini təhsil alanlar həmin ölkələrin xüsusi kəşfiyyat orqanlarının təsiri altına düşür. “Dini etiqad azadlığı haqqında” qanunda bu məsələlərin icra olunmasını qadağan etmişik. Artıq Azərbaycanın yetişdirdiyi dini şəxslər var. Gələcəkdə də Azərbaycanın yas mərasimlərindəki dini ritualları bunlar yerinə yetirəcək. Hər bir ölkədə dini qaydalar bu cürdür. Ola bilər ki, hansısa şəxs xarici ölkələrdə aldığı dini təhsilini məqalələrində, kitablarında yazsın. Amma ritualların yerinə yetirilməsində dini görüşlərini tətbiq edə bilməz”.


Xəbəri paylaş

6968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___