Bakıda kütləvi zorlama
Tarix: 20-09-2016 | Saat: 15:24
Bölmə:Karusel / Hadisə | çapa göndər
Dünən Bakının Sabunçu rayonunda iki nəfər tərəfindən törədilmiş zorlama hadisəsi qeydə alınıb.
Bu barədə Sputnik-ə rayon Polis İdarəsindən bildiriblər.
42 saylı Polis İdarəsinə Maştağa qəsəbəsinin sakini, 24 yaşlı V.A. (ad etik normalara və istintaqın marağında açıqlanmır) müraciət edib.
V.A. bildirib ki, sentyabrın 19-da saat 18:00-da öz evində iki nəfər tərəfindən zorlanıb, onlardan birinin adı Siyavuşdur.
Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində 42-ci polis bölməsinin əməkdaşları keçən gecə Maştağa qəsəbəsinin yetkinlik yaşına çatmayan sakinləri - Xəyyam Ağayev (2000-ci il təvəllüdlü) və Siyavuş Ağayevi (2001-ci il təvəllüdlü) saxlayıblar.
“Onlar zərərçəkənlə yaxınlığda yaşayırlar. Qohum deyillər, sadəcə soyadları eynidir. İlkin dindirilmə zamanı günahlarını etiraf etdilər. İşin materialları prokurorluğa verilib”, - polisdən qeyd ediblər. Saxlanılan şəxslər polis bölməsində törətdikləri əməl ilə əlaqədar maraqlı açıqlama veriblər.
Onlar cinayəti qızın kənddə yüngültəbiətli olduğuna dair söz-söhbətin gəzdiyi üçün törədiblər. Belə ki, onlar bu cür şəxslə cinsi əlaqəyə girdiklərinə görə, cəzalandırılmayacaqlarını düşünüblər. İstintaq tərəfindən onların zərərçəkənin digər ailə üzvlərinin evdə olmadığını bildikdən sonra evə gəldikləri müəyynələşdirilib.
Qrup şəklində təcavüz hadisəsinə dair cinayət işi qaldırılıb, cinayətin təfərrüatları araşdırılır.
Xəbəri paylaş
1 5928 dəfə oxunub.
Digər xəbərlər

31-03-2021, 02:40
Putin Merkel və Makronla videomüşavirə formatında görüşüb
24-03-2015, 15:51
Dünyanın ən bahalı dərmanları
12-03-2016, 15:32
Kamran Ağayev və Ruslan Əmircanovun yeni meyxanası - VIDEO
23-03-2017, 23:05
Bu Novruzda evlərə atılan papaqlar da azaldı...
18-06-2016, 11:50
DB Azərbaycana 67 milyon ayırdı
9-05-2016, 18:06
Hindistanda beynəlxalq yarmarka keçiriləcək
26-04-2016, 12:03
Türkiyədə tələbə qızı öldürüb Bakıya qaçan şəxs MƏHKƏMƏ QARŞISINDA
20-03-2017, 14:19
"Azərbaycanla oyuna qələbə üçün çıxacağıq"-Mesut Özil
27-04-2017, 20:23
Raquf Orucovun həyat yoldaşına vəzifə verildi
10-05-2016, 13:08
İŞİD-in daha bir lideri öldürülüb