Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sağlam olmaq üçün Əhli-beytdən (ə) tövsiyələr
Tarix: 20-09-2016 | Saat: 09:32
Bölmə:Karusel / Maraqlı / İbadət | çapa göndər

Sağlam olmaq üçün Əhli-beytdən (ə) tövsiyələr

Xəstəliklərin bir çox amilləri vardır. Ayətullah Cavad Amuli bu amilləri iki hissəyə bölmüşdür: maddi və qeyri-maddi.

Burada maddi amillərə toxunaq.
Həzrət Peyğəmbər (s) buyurur: "Ey Əli! 9 şey yaddaşsızlıq mənbəyidir. Turş alma yemək, keşniş, pendir, siçanın dişlədiyini yemək, qəbirlərin üzərindəki yazıları oxumaq, iki qadının arasında yol getmək...".
Həmçinin buyurur: "Suyu içən zaman soraraq için. Bir dəfəyə başınıza çəkməyin. Çünki böyrəklərin narahatlıq mənbəyi olar".
Həzrət Peyğəmbər (s) buyurur: "Günəş altında əyləşməkdən çəkinin, Çünki paltarı cürüdər, bədəni pis iyli edər və gizli xəstəlikləri aşkar edər".
"Xəbəraz.az " deyerler.org-a istinadən bildirir ki, Həzrətin burada buyurduğu günəş vurmasıdır. Yəni, günəş şüasının insana ziyan vurduğu zaman və məkanlara aiddir.
İmam Əli (ə) buyurur: "O kəs ki, müxtəlif yemək istəklərini qəlbinə əkər, müxtəlif dərdlər meyvəsini toplayar. Həyatı yemək üçün istəmə, yeməyi həyat üçün istə".
Həmçinin buyurur: "Nə zaman ət alsan, onun vəzilərini çıxardın".
İmam Sadiq (ə) buyurur: "Duzlanmış və günəşdə qurudulmuş əti yemək bədəni məhv edər". Həmçinin onu tez qocalmanın amili kimi tanıtmışdır.
Həzrət (ə) həmçinin buyurur: "Üç şey bədəni əldən salar, hətta çox vaxt ölümünə səbəb olar. Dolu qarınla hamama daxil olmaq...".
Həmçinin nəql edilir: "Hər kim yeməyi çox yeyərsə, bədəni xəstə olar və qəlbi daşlaşar".
İmam Sadiq (ə) buyurur: "Üç şeyi davamlı yemək insanı arıqladar: yumurta, balıq və xurma qönçəsi".
İmam Sadiq (ə) buyurur: "Hamamda saçları daramaq saçları zəif edər".
İmam Rza (ə) buyurur: "O kəs ki, mədəsindən azar görmək istəmirsə, yeməyin üstündən su içməsin. Hər kim belə edərsə, bədəni rütubətli və mədəsi zəif olar".
Həmçinin Həzrət (ə) buyurur: "Yumurtanı balıq ilə yemək diş ağrısı, qulunc, podaqra xəstəliyi gətirər".
İmam Rza (ə) yenə buyurur: "Əti bişməmiş yemək qarında qurd yaradar".


Xəbəri paylaş

6508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___