Uşaqlarda immuniteti necə möhkəmləndirək?
Tarix: 20-09-2016 | Saat: 09:18
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Günün rejiminə riayət etməli. İmmun və vegetativ sinir sisteminin düzgün formalaşdılıması üçün yuxu və oyaq qalma rejiminə ciddi riayət etmək vacibdir. Körpələr üçün günorta yuxusu mütləqdir.
Təmiz hava. Əgər evdən çıxmaq imkanı yoxdursa, gün ərzində otaqların havasını tez-tez dəyişin. Lakin unutmayın ki, uşaq gün ərzində 2 saatdan az olmayaraq təmiz havada olmalıdır. Havada olarkən nəzərə almaq lazımdır ki, uşağı çox bürümək lazım deyil: geyim havaya və uşağın aktivlik səviyyəsinə uyğun olmalıdır .
Ağız, burun boşluğu və boğazın gigiyenası. "Xəbəraz.az " deyerler.org-a istinadən bildirir ki, bir çox infeksiyalar orqanizmə ağız və yuxarı tənəffüs yolları vasitəsilə daxil olur. Buna görə də ağız, burun boşluğu və boğazın gündəlik gigiyenası vərdişə çevrilməlidir. Hər gün 2 dəfə dişlər fırçalanmalı, burun təbii dəniz suyu ilə yuyulmalı, boğazı isə uşağın yemək rasionuna dondurma və sərin içkilər daxil etməklə möhkəmləndirməli - əlbəttə ki, bu, tədricən, həddi gözləmək şərtilə olmalıdır.
Rasional qidalanma - 3 yaşından sonra uşağın yemək rasionunda süd məhsulları, kifayət qədər bitki tərkibli - meyvə, tərəvəz, giləmeyvə, göyərti, dənli bitkilər tərkibli qidaların olması vacibdir. Bu, düzgün həzmetmə və bağırsaqların sağlam mikroflorası üçün mühümdür ki, immunitetə birbaşa təsiri var. Bununla yanaşı, normal mikrofloranı saxlamaq üçün pektin və probiotiklər də vacibdir. Bu maddələr soğan, sarımsaq, alma, gavalı, banan və sitrus meyvələrinin tərkibində olur. Həmçinin, dəniz məhsullarının tərkibi orqanizmin möhkəmlənməsinə təsir göstərən faydalı vitamin və maddələrlə zəngin olduğundan, həftədə 2 dəfə uşağın yemək rasionuna daxil edilməlidir.
Su və təbii şirələr - sutka ərzində uşaq 1 litrdən az olmayaraq maye qəbul etməlidir. Vacibdir ki, bu mayenin hec olmasa yarısını adi su təşkil etsin. Amma bununla yanaşı, vitamin və mikroelementlər mənbəyi olan təbii şirələri də unutmamalı
Xəbəri paylaş
7228 dəfə oxunub.
Digər xəbərlər

21-06-2022, 17:02
19 saylı şəhər poliklinikasında nə baş verir ?- Baş həkim Aytən Qurbanova və sevimli müavini Yeganənin “biznesi”…
1-06-2022, 13:24
Azərbaycanda polis özünü güllələyərək öldürüb
11-01-2018, 10:52
Vüqar Həşimovun anım günüdür
31-07-2016, 14:52
Sefilyan: “Mən prezidentlə görüşməyincə binanı azad etməyəcəklər”
25-08-2020, 10:42
Nazir jurnalistə rütbə verdi
17-05-2017, 14:09
Paraatletimiz 2-ci dəfə çempion oldu
29-03-2022, 10:46
Göyçayda qəribə hadisə: yeniyetmə oyuncaq tapança ilə 45 min manatlıq qızıl oğurladı - VİDEO - FOTO
14-08-2016, 09:49
General: “Rusiya bu dörd istiqamətdən hücum edəcək”
14-11-2017, 10:48
Azərbaycan Silahlı Qüvvələri haqqında yeni qanun hazırlanır
16-03-2016, 11:16
Ərdoğan İlham Əliyevi belə yola saldı (FOTO)