Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda kredit büroları yaradılacaq - VİDEO
Tarix: 19-09-2016 | Saat: 21:54
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycanda kredit büroları yaradılacaq - VİDEO

Azərbaycanda kredit büroları yaradılacaq. Bununla bağlı Milli Məclisə qanun layihəsi daxil olub.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, kredit bürolarının yaradılması fiziki və hüquqi şəxslərin maliyyə xidmətlərinə çıxışını yaxşılaşdıracaq. Burada bank və digər borcverən təşkilatlardan borc almaq istəyən şəxslərin əvvəlki borclarının tarixi, ödəmə statistikası, gəlirlərinin əks olunduğu məlumat bazası formalaşacaq. Beləliklə, borcalanların maddi vəziyyətini ətraflı təhlil etmək mümkün olacaq.

Kredit bürolarının yaradılmasında 15 bank iştirak edəcək. Bank sektorunda aktivlərin və kredit portfelinin təxminən 80%-ə malik olan bu banklar artıq təşəbbüs qrupu yaradıb.

Qanun layihəsi Milli Məclisin Plenar iclasına tövsiyə edilib.

"Xəbəraz.az ""Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.



Xəbəri paylaş

5378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___