Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İsrail həkimləri Şəkidə 100 xəstəni müayinə etdi
Tarix: 17-09-2016 | Saat: 23:26
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

İsrail həkimləri Şəkidə 100 xəstəni müayinə etdi


Sentyabrın 17-də Şəki Mərkəzi Rayon Xəstəxanasında İsrail həkimlərinin iştirakı ilə qadınlarda müxtəlif xəstəliklərin erkən diaqnostikası məqsədilə pulsuz tibbi müayinə və konsultasiyalar təşkil olunub.

Layihə Heydər Əliyev Fondunun və "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) dəstəyi ilə həyata keçirilib. Müayinələr İsrailin Qadın Sağlamlıq Mərkəzi, Hayfa şəhərindəki "Xorev" Tibb Mərkəzi və Torakal Cərrahiyyə İnstitutunun həkimləri tərəfindən aparılıb.

Azərtac xəbər verir ki, müayinələrə başlamazdan əvvəl "Xorev" Tibb Mərkəzinin baş həkimi Roman Barakın başçılıq etdiyi nümayəndə heyətinin üzvləri xəstəxananın konfrans zalında tibb ocağının həkim və mütəxəssisləri ilə görüşüblər. Görüşdə qadınlarda süd vəzi və onkoloji xəstəliklərin müalicəsi ilə bağlı söhbət aparılıb, metodiki məsləhətlər verilib, müalicə prosesində yeni texnologiyaların tətbiqi ilə bağlı təkliflər səsləndirilib.

Qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Sonra israilli mütəxəssislər qadınlarda süd vəzi xəstəlikləri, ginekologiya, onkologiya, endokrinologiya, terapevtik sahələr üzrə müayinələr aparıblar. Ümumilikdə 100-dək xəstəyə baxış keçirilib və onlar müvafiq təyinat alıblar.


Xəbəri paylaş

7188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___