Gəncədə qeyri-adi hadisə - FOTO
Tarix: 16-09-2016 | Saat: 18:17
Bölmə:Karusel / Hadisə / Fotogalereya | çapa göndər
Həyatda qeyri-adi hadisələr tez-tez baş verir. Nə bilim, insan sifətli quzu, altı ayaqlı keçi, iki başlı buzov və s... Hərənin bir cür yozduğu bu kimi anormal halla Gəncədə Kazımovlar ailəsi qarşılaşıb. Mütəxəssisin də məsələyə elmi açıqlaması var.
"Xəbəraz.az " Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncədə olan bu qeyri-adi görünüşlü yumurtalar ətrafda olan hər kəsi heyrətləndirir. Quyruqlu yumurta, sanki, insan rüşeymini xatırladır. Görənlər onu butaya da bənzədir.
Ülviyyə Kazımova - Gəncə sakini: "Qeyri adi haldır, ilk dəfədir rastlaşıram. Xeyli toyuğumuz var, hər gün yumurta götürürəm, amma bilmirəm hansı toyuğun yumurtasıdır. Möcüzədir".
Toyuğunun yumurtasını möcüzə sayan sakindən fərqli olaraq mütəxəssis bunu anormal hal hesab edir. Yəni quşlarda müşahidə edilən patoloji dəyişkənliklə bağlayır.
Mahir Hazıyev - mütəxəssis: "Belə yumurtaların əmələ gəlməsinə quşlarda yumurta borusu xəstəliklərinin yaranması səbəb olur. Bu da yemləmə, bəsləmə faktoruyla bağlı olur. Quşlarda müəyyən mineral maddələrin çatışmazlığı zamanı yumurta borusunda yaranan xəstəlik nəticəsində buna bənzər formalarda yumurtalar əmələ gəlir".
Odur ki, Kazımovlar bəslədikləri quşlarını baytara göstərsələr yaxşı olar. Çünki toyuqda xəstəlik davam etdiyi müddət ərzində bu halla təkrar qarşılaşa bilərlər.
Mütəxəssis qeyri- adi görünüşə malik bu yumurtanın daxilində də müəyyən çatışmazlıqlar ola biləcəyini istisna etmir - İki sarılı və ya sarısız ola bilər.
Xəbəri paylaş
1 0188 dəfə oxunub.
Digər xəbərlər

23-03-2021, 00:52
Azərbaycanlı idmançıdan möhtəşəm qələbə - Mehman Məmmədov “Eagles FC” turnirinin kəmərini Azərbaycana gətirdi
29-05-2016, 18:33
"Formula 1"in yollarından ilk pilot keçdi - Bakıda
2-03-2016, 11:35
MART ayına ULDUZLAR nə vəd edir
20-06-2016, 18:06
Rusiya ilə Türkiyəni barışdırsam... - Jirinovski
9-07-2022, 11:59
Sovet maşınlarına STOP qoyulacaq? - Qəzalar zamanı ölüm halları bu avtomobillərdə daha çox olur
17-08-2016, 10:44
Çunayev erməniyə məğlubiyyətinin səbəbini açıqladı - ÇƏKİ
25-04-2016, 16:28
Prinsin albomlarının satışı ölümündən sonra 42 000 faiz artıb
23-09-2016, 23:09
“Harada kişi varsa, orada ehtiras var" - Röya+video
6-03-2023, 15:12
Sabah yağıntılı hava gözlənilir - PROQNOZ
24-03-2015, 23:51
Lamiyənin həyatından bəhs edən kitabın adı belə olacaq