Şeyx qalmaqallı qanun layihəsinə “halallıq verib”
Tarix: 16-09-2016 | Saat: 12:02
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Neçə illərdir ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisin plenar iclaslarının müzakirəsinə çıxarılsa da, onun qəbulu hər dəfə təxirə salınıb. Qanun layihəsinin narazılıq yaradan əsas səbəblərdən biri süni mayalanma üçün donorluq məsələsinin Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən etirazla qarşılanması olub.
Amma adıçəkilən qanun layihəsi ilə bağlı məsələ həll olunmaq üzrədir. "Xəbəraz.az "xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a açıqlamasında reproduktiv sağlamlıqla bağlı yeniliklərdən söz açıb.
“Reproduktiv sağlamlıqla bağlı qanun layihəsi hazırdır. Qanun layihəsi payız sessiyasında Milli Məclisə təqdim olunacaq. Ümid edirik ki, qanun layihəsinin qəbul olunması üçün problem də olmayacaq. Həmçinin, reproduktiv sağlamlıqla bağlı yeniliklər də var. Belə ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə razılaşma əldə etdik. Donorluq məsələsi aradan qaldırıldı. Əsas yeniliklərdən biri odur ki, aztəminatlı ailələrə bir dəfə dövlət vəsaiti (pulsuz) hesabına ekstrokorporal (süni) mayalanma həyata keçiriləcək. Bu, məsələnin çox müsbət tərəfidir”.
Komitənin sədr müavinin sözlərinə görə, bu məsələdə QMİ-nin təklifi nəzərə alınıb.
“Digər tərəfdən, məsələnin hüquqi tənzimləmə tərəfləri var. Qadın hüququ, analıq hüququ, uşağın hüququ, azyaşlılar arasında reproduktiv sağlamlıq məsələsi və sairə var. Dünyanın aparıcı ölkələrinin qanunları necədirsə, bizdə də elədir. Sadəcə, biz QMİ-nin təklifini götür-qoy etdik və bütün müsəlman ölkələrinin təcrübəsini öyrəndik.
Demək olar ki, MDB məkanında bir-iki müsəlman respublikası istisna olmaqla, digər müsəlman ölkələrində donorluq məsələsi qadağandır. Hətta, katolik inancını daşıyan xristian ölkələrinin çoxunda donorluq məsələsi yoxdur”.
Musa Quliyev tez-tez müzakirə olunan abort məsələsinə də toxunub.
“Qanuna ciddi dəyişikliklərdən biri də abortlarla bağlıdır. Uşağın cinsinə görə müayinə edilməsi, abort edilməsi qanunla qadağan olunur. Bütövlükdə isə 12 həftədən yuxarı hər hansı səbəbdən abort baş verərsə, həkim özü tək qərar vermir. Yalnız konsinumun qərarından sonra bu işə baxıla bilər”.
Xəbəri paylaş
6548 dəfə oxunub.
Digər xəbərlər

7-09-2016, 20:36
Latviyalı nazir Bakıda şahmat oynadı - Dünya birincisini məğlub etdi
27-02-2023, 13:07
Şamaxıda 14 yaşlı qıza təcavüz edildi - Qurumlar hərəkətə keçdilər
8-12-2017, 16:56
Bu məhsula gömrük rüsumu 10 dəfə artırılır
4-04-2021, 12:09
İlham Əliyev bu ölkədə "İlin adamı" seçildi - Video
31-07-2015, 16:27
Sevgilinizin sizi aldatdığını düşünürsünüz? - Kişilərin yalan söylədiyini anlamağın ən asan yolları
16-02-2023, 10:30
Dağıntılar altında qalan 13 yaşlı qız: “Çıxmağıma mane olursa, ayağımı kəsin!” - FOTO
15-04-2016, 12:13
ABŞ-dan Türkiyəyə hərbi yardım
25-03-2017, 21:41
Sərksiyan Qarabağdan İrəvana mesaj verdi - Foto
9-09-2019, 14:24
"Azərbaycan Dillər Universitetinə maraq ildən-ilə artmaqdadır" - Şəfəq Şahməmmədova