Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qəbələ” “Liverpul”la qarşılaşacaq
Tarix: 20-05-2015 | Saat: 19:10
Bölmə:Karusel / İdman / M2 / Foto-fakt | çapa göndər

“Qəbələ” “Liverpul”la qarşılaşacaq





“Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası Almaniyada ənənəvi beynəlxalq turnirdə iştirak edəcək. Xeberaz.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Yaşar Abuzərovun başçılıq etdiyi kollektiv mayın 23-24-də Düsseldorf şəhərində keçiriləcək “Lenser Pfingct Cup” turnirində mübarizə aparacaq.

İştirakçı baxımından Almaniya təmsilçilərinin üstünlük təşkil etdiyi turnirdə “Qəbələ” 11-ci qrupda yer alıb. “Qırmızı-qaralar” qrupda İngiltərənin “Liverpul”, eləcə də yerli “TSV Neu Ulm”, “Herdeke Ende”, “Ratenger SpVgg 04/19” kollektivləri ilə üz-üzə gələcək. Bu, 2004-cü il təvəllüdlü futbolçularıın ilk xarici səfəridi.

Budəfəki turnirdə qalib adı uğrunda Almaniyanın “Borussiya”(Dortmund), “Şalke”, “Düsseldorf”, “Köln”, “Herta” və “Hannover”, İngiltərənin “Arsenal”, “Liverpul” və “Lyuton Taun“, Avstriyanın “Austriya”, “Rapid”, İsveçin “Hammarbü” və “Malmö”, habelə “Portu” (Portuqaliya), “Malaqa” (İspaniya), “Beşiktaş” (Türkiyə), “Slaviya” (Praqa, Çexiya), “San Paulo” (Braziliya) kimi adlı-sanlı klub təmsilçiləri mübarizə aparacaqlar.

“Qəbələ” Almaniyaya bu heyətlə yollanacaq: Nail Kərimov (“Qəbələ” Futbol Akademiyasının direktor müavini), məşqçilər Yaşar Abuzərov, Anar Surxayev və Uğur Kurt, həkim İlkin Islamov, inzibatçılar Elçin Şahbazlı və Elçin Rzazadə.
Futbolçular: Heybət Vəliyev, Emil Umarov, Elçin Kərimov, Səid Ağazadə, Vüqar Cüməzadə, Fuad Əhmədov, Cavad Kərimov, Emil Süleymanov, Murad Hümbətov, Aslan Qarayev, Elmir Qələndərov, Elmir Şirinzadə, Səid Abdullayev, Hüseyn Hüseynzadə, Nuqay Rəşidov, Rüfət Bədəlzadə, Elmir Hüseynli, Nihad Xəlili, Okan Təhməzli.

Qeyd edək ki, “Qəbələ” U-11-i futbol akademiyasının bu mövsüm ölkə hüdudlarından kənarda keçirilən beynəlxalq turnirdə çıxış edəcək növbəti kollektividi. Bunadək bu klubun U-12, U-13, U-14, U-15 və U-17 komandaları xaricdə keçirilən beynəlxalq turnirlərdə iştirak ediblər



Xəbəri paylaş

6328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___