Bakıda ev sahibi gözətçisini niyə güllələdi? - TƏFƏRRÜAT - YENİLƏNİB
Tarix: 12-09-2016 | Saat: 21:08
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Bakının Sabunçu rayonunda baş verən silahlı insidentin təfərrüatı məlum olub.
"Xəbəraz.az " “Report”a istinadən xəbər verir ki, hadisə zamanı Bakı şəhər sakini Vidadi Quliyev öz evində gözətçi kimi fəaliyyət göstərən Lənkəran şəhər sakini Elşad Kazımovu güllələyib.
İlkin məlumata görə hər iki şəxs sərxoş vəziyyətdə olub. Onlar bir-birini nalayiq ifadələrlə təhqir edib. Aralarında yaranmış mübahisə zamanı ev sahibi gözətçiyə, yəni E.Kazımova evində olan “Makarov” markalı tapança ilə atəş açıb.
Əl və qarın nahiyəsindən xəsarət alan E.Kazımov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan “Report”a verilən məlumata görə, E.Kazımov əməliyyat edilib. O, reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti kafidir.
Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Quliyev tutulub.
**
12:20
Bakıda silahlı insident olub.
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Vidadi Quliyev Lənkəran rayon sakini Elşad Kazımovun Sabunçu rayonunun Ləhiş bağlar sahəsindəki kirayədə yaşadığı evinə girib odlu silahdan ona qarın və əl nahiyələrindən atəş açıb. E. Kazımov xəstəxanaya yerləşdirilib.
Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V. Quliyev tutulub.
Hadisə yerinə baxış zamanı, oradan “Makarov” markalı tapança, patron darağı, 2 ədəd güllə və 4 ədəd giliz aşkar edilərək götürülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Xəbəri paylaş
8788 dəfə oxunub.
Digər xəbərlər

2-05-2017, 20:03
Böyrəklərin sağlamlığını qoruyan QİDALAR
17-07-2017, 10:36
Əliyev-Sarkisyan görüşünün əsas təşkilatçısı Rusiya olacaq
21-11-2016, 17:32
"Torpaqlar işğaldan azad olsa, Azərbaycanın inkişafının qarşısında dayanmaq olmayacaq"
17-01-2016, 15:52
“KATV1” endirimi ləğv etdi
22-08-2017, 11:11
Lerikdə DƏHŞƏT: bir ailənin 3 üzvü diri-diri yandı
17-01-2023, 10:37
"İnstaqramda insanların həyatı olduğundan yaxşı görünür" - Mask
27-09-2018, 12:33
YEVLAXDA 82 YAŞLI KİŞİNİ AVTOMOBİL VURUB
3-01-2017, 13:28
İstanbulu qana bulayan terrorçunun arvadından İLK AÇIQLAMA
19-06-2015, 12:59
Ermənistanı beş yerə bölürlər
18-05-2015, 12:12
5 yaşlı uşaq tok vurdu