Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Payız meyvələri: üzüm və narın inanılmaz faydaları
Tarix: 10-09-2016 | Saat: 10:06
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Payız meyvələri: üzüm və narın inanılmaz faydaları

Bütün payız meyvələri kimi üzüm də çox faydalı və vitaminlə dolu bir meyvədir. Banandan sonra üzüm ən kalorili meyvələrdən biri sayılır. Yetişmiş üzüm çox şirin və ləziz olur.

100 qr. üzümdə 72 kalori vardır. Onun tərkibində kalium, kalsium, şəkər, fibrlər, fosfor vardır. Üzümün tərkibində olan polifenol maddəsi anti-oksidandır. Qanda olan pis xolesterinin səviyyəsini aşağı salar, bu yolla damar tutulmalarının qarşısını almış olar. "Xəbəraz.az " deyerler.org-a istinadən bildirir ki, buna görə də ürəyiniz sağlam qalar. Əlbəttə üzümün başqa xüsusiyyətləri də vardır ki, bu yolla ürəyə xidmət edər. Trombositlərin yığılmasının qarşısını alar və qan laxtalanmasının qarşısını alar.
Əgər tez qocalmaq istəmirsinizsə, üzümü çox yeyin. Belə ki, həmin polifenol maddəsi qocalığı təxirə salar, bəzi xərçəng xəstəliyi riskini azaldar. Bu meyvənin tərkibində olan fruktoza qəbizliyi aradan qaldırar. Bu meyvənin tərkibində A və B vitamini deposu vardır.

Nar.
Uzun illərdir ki, narı həyat simvolu bilirlər. Hər bir narın içində yüzdən çox dənə vardır. Qədim zamanlardan bəri Şərqdə xalçaları rəngləmək üçün nar qabığından və bu meyvənin suyundan istifadə edərdilər.
100 qr. narın tərkibində 63 kalori vardır. Bu meyvənin tərkibində kalium, fosfor, C vitamini vardır. Bu meyvənin də tərkibində güclü anti-oksidanlar vardır. Bu anti-oksidanlar yaşıl çayda olandan daha çoxdur. Ona görə də qandakı pis xolesterini aşağı salar, qan təzyiqini aşağı salar, ürək xəstəliklərinin qarşısını alar.
Bu meyvə sinə xəçənginə qarşı çox faydalıdır. Bu meyvə xərçəng hüceyrələrinin artmasının qarşısını alır. Narı davamlı olaraq yemək alzheymer xəstəliyinin qarşısını alır.
Əgər zökəm xəstəliyinə düçar olmaq istəmirsinizsə, nar yeyin. Tərkibində B6 vitamini, anti-oksidanlar, virus əleyhinə bakteriyalar vardır. Nar sidik iltihabı ilə mübarizə aparar. Tövsiyə edirik ki, narı öz fəslində yeyəsiniz. Qalan fəsillərdə isə onun suyundan faydalanın. Gün ərzində bir sətakan nar suyu içmək sizin üçün çox faydalı olar.


Xəbəri paylaş

7718 dəfə oxunub.

Digər xəbərlər
2-09-2017, 12:50 Sabahın havası

bütün xəbərlər
____ Instagram ___