Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Təcili yardım ödənişsiz olub və olacaq" - Səhiyyə Nazirliyi
Tarix: 08-09-2016 | Saat: 14:46
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər

"Təcili yardım ödənişsiz olub və olacaq" - Səhiyyə Nazirliyi

Əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım dövlət tərəfindən maliyyələşdiyindən vətəndaşlar bu xidmətdən ödənişsiz istifadə edirlər və edəcəklər.

Səhiyyə Nazirliyindən"Xəbəraz.az "-a verilən məlumata görə, 2015-ci il ərzində təcili yardıma daxil olan 614000-dən artıq çağırış araşdırılarkən hər bir çağırışa 100 manatdan artıq maliyyə vəsaitinin sərf olunduğu təsbit olunub: "Əhali bəzən təcili yardıma ehtiyacın olmadığı hallarda 103 xidmətinə müraciət etməklə daha ağır vəziyyətdə və həqiqətən təcili tibbi yardıma ehtiyacı olan xəstələrə ilkin tibbi yardımın gecikməsinə səbəb olur. Sakinlər tərəfindən zəng edilərək Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə aid olmayan suallar verilir (ünvanlar, müəssisələrin telefon nömrələri, saat soruşulur), yalançı çağırışlar, bir gün ərzində eyni şəxsin adına bir neçə dəfə əsassız çağırışlar verilir ki, bu da təcili yardımın işinə ciddi maneələr törədir.

Ünvanlarda həkim və orta tibb işçilərinə təzyiqlər edərək öz diktələrinin icra etmələrini tələb edirlər. Bəzən elə vəziyyət yaranır ki, polis orqanlarından kömək istəməyə məcbur oluruq".

Təcili yardıma aid olmayan çağırışların araşdırılması və bu çağırışları verən şəxslər barəsində müvafiq tədbirlərin görülməsi belə çağırışların qarşısının alınmasına yardım edilmiş olar.


Xəbəri paylaş

8648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___