Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Göyçayda partlayış zamanı yanan 4 nəfərdən biri vəfat etdi
Tarix: 07-09-2016 | Saat: 21:32
Bölmə:Karusel / Hadisə | çapa göndər

Göyçayda partlayış zamanı yanan 4 nəfərdən biri vəfat etdi


Göyçay rayonunda fərdi yaşayış evində baş verən partlayış və yanğın zamanı ağır yanıq xəsarətləri alan bir ailənin 4 üzvündən biri dünyasını dəyişib.

APA-nın xəbərinə görə, bu gün səhər saat 8:00 radələrində rayonun Malı-şıxlı kənd sakini 1980-ci il təvəllüdlü Həşimov Atəş Millət oğluna məxsus evdə baş verən hadisə zamanı Atəş Həşimov, həyat yoldaşı, 1982-ci il təvəllüdlü Həşimova Kəmalə Rza qızı, övladları-2006-cı il təvəllüdlü Həşimova Səbinə Atəş qızı və 2009-cu il təvəllüdlü Həşimov Samir Atəş oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq 34 yaşlı Kəmalə Həşimova aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada dünyasını dəyişib. Ailənin digər üzvlərinin həyatı xilas edilib. Lakin onların vəziyyəti ağır olduğu üçün tibbi yardım göstərildikdən sonra müalicə üçün Bakı şəhərinə, Respublika Yanıq Mərkəzinə yola salınıblar.

Qeyd edək ki, partlayışdan sonra yanğın baş verən mənzilə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Evin bir otağı yansa da qalan hissəsi alovdan mühafizə olunub. Evdə qaz sızması nəticəsində partlayış və yanğının olduğu deyilsə də qonşuların sözlərinə görə ötən gecə səhərədək Mallı-şıxlı kəndində güclü şimşəklə müşaiyyət olunan leysan yağışının yağması zamanı qəflətən həmin mənzili ildırım vurub və nəticədə güclü partlayış və yanğın baş verib.

Hazırda hər iki versiya üzrə araşdırmalar davam etdirilir.


Xəbəri paylaş

6628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___