Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ana ölümlərinin səbəbi: "Ərə gedəndə bunu gizlədirlər"
Tarix: 07-09-2016 | Saat: 18:29
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər

 Ana ölümlərinin səbəbi: "Ərə gedəndə bunu gizlədirlər"

Ana ölümlərinin yarıdan çoxu hamiləliklə əlaqəli olmayan problemlərdən baş verir.
"Xəbəraz.az " bildirir ki, bu sözləri azvision.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin baş həkimi Sevinc Məmmədova deyib. Onun sözlərinə görə, ana ölümləri araşdırıldıqda məlum olur ki, həmin qadınların xəstəlikləri olub.

"Valideynlər uşaqlarının meyitini təşrihə vermirlər. Təşrih olunsa, onların hansı səbəbdən öldüyü məlum olar. Valideyn qızını ərə verəndə onun xəstə, vərəm və ya başqa xəstəlik daşıyıcısı, ürək qüsurlu olduğunu demir. Ört-basdır edir ki, qızını ərə versin. Bu il 4 ana ürək qüsurlu olduğu üçün ölüb. Həmin qadınlara birbaşa həkim göstərişi var ki, hamilə qalmaq olmaz. Amma kəndə gedir, öz bildiyini edir və hamilə qalır. Nəticədə ölümcül vəziyyətdə xəstəxanaya gəlir. Valideyn tək böyrəyi olan və o da büzüşmüş vəziyyətdə olan qızını ərə verir. Hamiləlik zamanı həmin qız böyrək çatışmazlığından ölür. Meyit təşrih olunduqda bunlar ortaya çıxır. Valideynin üzərinə məsuliyyət düşür".

S.Məmmədova deyir ki, ana ölümündə birbaşa həkimləri günahlandırmaq düzgün deyil: "Burada həkimlə yanaşı valideynin 50 faiz rolu var. Çünki həkim nə qədər də zəif olsa, onun yanında güclü, savadlı həkim olur və növbədə qalırlar. Zəif həkim kömək edə bilməyəndə güclü həkim müdaxilə edir. Bu gün ana bətnində uşaq ölümlərinin də səbəbləri valideynlərdir. Hamilə qadının başı ağrıyanda və ya ayaqları şişəndə buna normal baxırlar. Amma bu, preklamsiya xəstəliyinin ikinci bir əlamətidir. Preklamsiya məhz o xəstəlikdir ki, ana bətnində uşağı öldürür".

Baş həkim bildirib ki, ilin əvvəlindən bu günə qədər 17 ana ölümü halı qeydə alınıb: "Lakin ana ölümlərinin yarıdan çoxunun hamiləliklə əlaqəsi yoxdur. Bunlar qızlarda hamiləlikdən əvvəl olan xəstəliklərin kəskinləşməsi səbəbindən olub. Bu il ana ölümlərinin yarıdan çoxu ürək, qanın laxtalanmasının pozulması və böyrək çatışmazlığından olub".


Xəbəri paylaş

6478 dəfə oxunub.

Digər xəbərlər
20-01-2022, 12:42 Qar yağacaq - PROQNOZ

bütün xəbərlər
____ Instagram ___