Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda polis əməkdaşları və FHN-in işçisi vuruldu: 7 yaralı - YENİLƏNİB - FOTO
Tarix: 07-09-2016 | Saat: 18:14
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda polis əməkdaşları və FHN-in işçisi vuruldu: 7 yaralı - YENİLƏNİB - FOTO

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda iki yük və bir minik avtomobilinin toqquşması ilə nəticələnən zəncirvarı qəza zamanı Fövqəladə Hallar Nazirliyinin 6 əməkdaşının avtomobillə vurulması xəbərinə dair məlumat yayıb.

İdarədən report-a verilən məlumata görə, Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində şəhər istiqamətində hərəkətdə olan və Cəmil Cabbarovun idarə etdiyi qumla dolu "Mercedes" markalı yük maşını yol kənarında dayanan mişar daşı ilə yüklü "Kamaz"a arxadan çırpılıb. Qəza zamanı yük avtomobilinin kabinə hissəsi deformasiyaya uğrayıb. Sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xilasedicilər xüsusi alətlərin köməyi ilə sürücünü avtomobildən çıxara biliblər.

Xilasetmə əməliyyatının sonunda dairəvi yolla yüksək sürətlə hərəkətdə olan və İslam Manafovun idarə etdiyi "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək qəza yerində olan 5 nəfəri vurub. Yaralılar xəstəxanaya çatdırılıblar. Yaralılardan yalnız 28 yaşlı Vüsal Şabanov FHN-in əməkdaşıdır.

Bundan əlavə, qəza nəticəsində iki polis əməkdaşı da xəsarət alıb. Bunlar Fikrət Rüstəmov və Xətai Məmmədovdur. Hadisə yerində olan Bakı şəhər sakinləri, 58 yaşlı Ramiz Şüvərxanov və 46 yaşlı Ziyəddin Yəhyayev isə qəzaya baxmaq üçün yolun hərəkət hissəsində dayandıqları üçün onları da maşın vurub. Hazırda yaralıların vəziyyəti sabitdir.

Faktla əlaqədar araşdırmalara başlanılıb. "Opel"in sürücüsü İslam Manafov hadisədən sonra maşından düşərək özünü pis hiss etdiyini bildirib və kənara çəkilib. Az sonra isə onun hadisə yerindən qaçdığı məlum olub. Hazırda onun şübhəli şəxs qismində saxlanılması istiqamətində tədbirlər görülür.

-----------

09:40

Bakıda iki yük və bir minik avtomobilinin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

Şəhər istiqamətində hərəkətdə olan qumla dolu "Mercedes" markalı yük maşını yol kənarında dayanan mişar daşı ilə yüklü "KamAZ"a arxadan çırpılıb. Qəza zamanı yük avtomobilinin kabinə hissəsi deformasiyaya uğrayıb. Sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb ediliblər. Xilasedicilər xüsusi alətlərin köməyi ilə sürücünü avtomobildən çıxara biliblər.

Xilasetmə əməliyyatının sonunda dairəvi yolla yüksək sürətlə hərəkətdə olan "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək FHN-in 6 əməkdaşını vurub. Yaralılar xəstəxanaya çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, yaralılar 28 yaşlı Vüsal Şabanov, 58 yaşlı Ramiz Şüvərxanov, 46 yaşlı Ziyəddin Yəhyayev və Xətai Məmmədovun vəziyyəti qənaətbəxşdir. Həyatları üçün təhlükə yoxdur. Daha iki yaralı isə ambulator müalicəyə buraxılıb.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

Qəzanın dəqiq səbəbi təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.


Bakıda polis əməkdaşları və FHN-in işçisi vuruldu: 7 yaralı - YENİLƏNİB - FOTO
Bakıda polis əməkdaşları və FHN-in işçisi vuruldu: 7 yaralı - YENİLƏNİB - FOTO
Bakıda polis əməkdaşları və FHN-in işçisi vuruldu: 7 yaralı - YENİLƏNİB - FOTO
Bakıda polis əməkdaşları və FHN-in işçisi vuruldu: 7 yaralı - YENİLƏNİB - FOTO


Xəbəri paylaş

1 8568 dəfə oxunub.

Digər xəbərlər
3-08-2023, 13:44 Sabahın hava PROQNOZU
16-07-2015, 13:55 Bakıda polisi döydülər

bütün xəbərlər
____ Instagram ___