Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yol polisləri tıxaca səbəb olan avtomobili yoldan belə çıxardılar - VİDEO
Tarix: 03-09-2016 | Saat: 15:33
Bölmə:Karusel / Hadisə / Maraqlı | çapa göndər

Yol polisləri tıxaca səbəb olan avtomobili yoldan belə çıxardılar - VİDEO

Bakı-Sumqayıt yolunda son günlər sıxlıq müşahidə olunur. Bəzən isə nasaz avtomobillərin bu cür sıxlıq baş verən ərazilərdə xarab olub yolun ortasında qalması vəziyyəti daha da çətinləşdirir.

"Xəbəraz.az " bildirir ki, avtosfer.az-ın təqdim etdiyi bu videoda da belə bir mənzərə əksini tapıb. Belə ki, sentyabrın 2-də Beynəlxalq Avtovağzalın qarşısında "VAZ-2107" markalı avtomobil texniki nasazlıq ucbatından yolun hərəkət hissəsində qalıb. Sıxlıq vaxtı vəziyyəti daha da gərginləşdirən həmin avtomobili yolun tən ortasından kənarlaşdırmaq üçün əraziyə piyada şəkildə 3 yol polisi əməkdaşı yaxınlaşır. Görünür, patrul avtomobili ilə həmin nöqtəyə yaxınlaşmaq çətin olduğu üçün DYP əməkdaşları piyada hərəkət etməli olublar. Onlar dərhal "07"yə yaxınlaşaraq onu yoldan çıxarırlar. Zabitin göstərişi ilə serjantlar maşını itələyib sağ tərəfdəki təhlükəsizlik adacığına çıxarırlar. Bununla da yolda avtomobillərin hərəkəti qismən normallaşır.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həmin yol polisləri "Ekologiya postunun" əməkdaşları olub.



Xəbəri paylaş

7568 dəfə oxunub.

Digər xəbərlər
11-09-2016, 11:45 15 il ötdü... - FOTO

bütün xəbərlər
____ Instagram ___