Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İslam Kərimov dəfn olundu - YENİLƏNİB+FOTOLAR
Tarix: 03-09-2016 | Saat: 15:00
Bölmə:Karusel / Siyasət / Gündəm / Dünya | çapa göndər

İslam Kərimov dəfn olundu - YENİLƏNİB+FOTOLAR

Özbəkistanın mərhum prezidenti İslam Kərimov Səmərqəndin mərkəzində yerləşən Registan meydanında təşkil edilən vida mərasimindən sonra dəfn edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, İ. Kərimov Şahi-Zinda adlı qədim məzarlıqda, valideynlərinin yanında dəfn olunub.

Onun cəsədini qohumları və vətəndaşlar meydandan məzarlığa çiyinlərində aparıblar.

İ. Kərimovu son mənzilə aralarında xarici nümayəndə heyətlərinin də olduğu minlərlə insan yola salıb.

Dəfn mərasimində Azərbaycandan Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Qeyd edək ki, Özbəkistan hökuməti və parlamenti İslam Kərimovun ölümü ilə bağlı dünən rəsmi məlumat yayıb.

Ölkədə bu gündən 3 günlük matəm elan olunub.

İslam Əbdülqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.

***

10:31

Özbəkistanın dünən vəfat edən ilk prezidenti İslam Kərimovun dəfnində 17 ölkənin nümayəndə heyəti iştirak edəcək. "Xəbəraz.az "-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Özbəkistan Nazirlər Kabinetinin məlumatında bildirilir.

Artıq Əfqanıstan, Tacikistan və Türkmənistan prezidentləri, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan baş nazirləri, Cin, Cənubi Koreya və Ukrayna baş nazirlərinin müavinləri dəfndə iştirak etmək üçün Səmərqəndə gəlib.

Rusiyanın dəfndə iştirak edən nümayəndə heyətinə isə baş nazir Dmitri Medvedyev rəhbərlik edir.

***

10:21

Minlərlə Daşkənd sakini Özbəkistanın ilk prezidenti islam Kərimovla vidalaşmaq üçün küçələrə çıxıb."Xəbəraz.az "-ın RİA Novosti-yə istinadən xəbərinə görə, İ. Kərimov bu gün anadan olduğu Səmərqənddə torpağa tapşırılacaq.

Özbəkistan parlamenti və hökuməti dünən axşam prezident İslam Kərimovun vəfat etdiyini rəsmən təsdiqlədi. Ölkədə 3 günlük matəm elan olunub.

İ. Kərimovun cənazəsi yerli vaxtla saat 5.00-da İ. Kərimovun hər gün şəhərkənarı iqamətgahından Daşkənddəki iqamətgahına gəldiyi "prezident yolu" adlandırılan magistral yolla aeroporta gətirilib.

Yolboyu on minlərlə insan gözlərində yaş cənazə kortejinin üzərinə çiçəklər atıb.

***

04:26

Özbəkistan prezidenti İslam Kərimovu son mənzilə yola salmaq üçün Daşkənd sakinləri küçələrə axışıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 05:00-də İslam Kərimovun cənazəsi paytaxtın “Cənub” hava limanına aparılacaq.

İslam Kərimovun dəfn mərasimi sentyabrın 3-də Səmərqənddə baş tutacaq. Prezidentin vəfatı ilə əlaqədar ölkədə 3 günlük matəm elan ediləcək.

İslam Abduqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.


İslam Kərimov dəfn olundu - YENİLƏNİB+FOTOLAR

İslam Kərimov dəfn olundu - YENİLƏNİB+FOTOLAR
İslam Kərimov dəfn olundu - YENİLƏNİB+FOTOLAR
İslam Kərimov dəfn olundu - YENİLƏNİB+FOTOLAR


Xəbəri paylaş

9208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___