Qəzzafinin cərrahı: "Elə şeylər istəyirdi ki..."
Tarix: 02-09-2016 | Saat: 19:56
Bölmə:Karusel / Dünya / Maraqlı | çapa göndər
Liviyanın linç edilən diktatoru Müəmmər Qəzzafinin plastik əməliyyatını keçirən 70 yaşlı braziliyalı həkim ölkəsindəki jurnalların birinə verdiyi açıqlamasında zəngin müştərisi barəsində maraqlı açıqlamalar verib.
Moderator.az xəbər verir ki, Liviyanın səhiyyə naziri onu Müəmmər Qəzzafinin malikanəsinə apararaq həkimi diktatorla şəxsən özü tanış edib. Qəzzafinin ondan istəyi isə hər zaman cavan qalmaq olub: "Qəzzafi mənə uzun müddət hakimiyyətdə olduğunu və ölkədəki gənclərin onu yaşlı görmək istəmədiyini dedi”.
Hadisə 1994-cü ildə baş verib. O zaman Liviyaya cərrahların konfransına qatılan braziliyalı həkim yerli səhiyyə naziri tərəfindən rəhbərin yanına aparılır. Aralarında kiçik dialoq olur. Aradan bir il keçir. 1995-ci ildə həmin həkim, saç əkimi ilə məşğul olan cərrah dostu ilə yenidən Liviyaya - birbaşa Qəzzafinin iqamətgahına gəlir. Diktatorun üzərində plastik əməliyyat aparılır: qarnından yağları çəkilir, üz və göz qırışları aradan qaldırılır. Daha sonra isə, almacıq sümüyü üzərində də estetik əməliyyat aparılır və üzünün sağ tərəfindəki bir yara qismən də olsa silinir.
İşin ən maraqlı tərəfi budur ki, cərrah Qəzzafidən əməliyyata görə pul almır. Amma diktator bir aydan sonra ona içi dollar və fransız frankı ilə dolu zərf göndərir.
Xəbəri paylaş
9218 dəfə oxunub.
Digər xəbərlər

3-08-2016, 17:10
Prezidentin oğlu 19 yaşını qeyd edir – FOTOLAR
18-02-2020, 19:54
Cinsiyyətini dəyişən aparıcı bu hala düşdü - FOTOLAR
15-10-2023, 11:44
"Kişilərin hamısı xəyanət edir, görməmişlər" - FOTO
16-08-2017, 17:01
“Faytonçu” Nazim xərçəng xəstəsidir? - AÇIQLAMA
13-06-2016, 13:40
Sürücülər üçün təhlükə: Cavabdeh kimdir?
31-03-2017, 16:49
Öz toyunda qardaşını öldürən bəyin həyat hekayəsi – VİDEO
6-01-2016, 16:14
İŞİD Ərəbistanı hədələdi: “Yerlə yeksan edəcəyik”
29-05-2016, 18:03
Tələsin: Misli olmayan mənzil satışı kampaniyası - 7000 manat ödə, 48 aylıq faizsiz kreditlə mənzil sahibi ol (Foto)
21-07-2016, 22:33
Sabiq təhlükəsizlik nazirini məhkəmədə - Ağladan səbəb
9-03-2018, 19:15
Prezident İlham Əliyev Tofiq Hüseynova general-mayor rütbəsi verib