Aygün Bəylərin qardaşı apellyasiya şikayəti verdi
Tarix: 02-09-2016 | Saat: 13:00
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov barəsində seçilmiş həbs qəti imkan tədbiri ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib.
"Xəbəraz.az " bildirir ki, bu barədə report-a A.Hümmətovun vəkili Elvin Səlimov deyib.
Vəkilin sözlərinə görə, bu gün apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə təqdim edib. Şikayətə yaxın günlərdə baxılacaq.
Qeyd edək ki, avqustun 30-da Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Suraxanı Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2013-cü ilin iyun ayının 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovun qətlə yetirildiyi müəyyən edilib.
Faktla əlaqədar həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, E.Hümbətov 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala qəsəbəsi ərazisində boğulma yolu ilə qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxslər polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılaraq istintaqa təqdim olunublar.
Araşdırmalar zamanı məlum olub ki, qeyd edilən şəxslər cinayətin izini itirmək məqsədi ilə meyiti Qala qəsəbəsində əvvəldən müəyyən etdikləri yerdə basdırıblar. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə birgə baxış keçirilib və E.Hümbətovun meyitinin qalıqları basdırıldığı yerdən ekskumasiya olunaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət işi başlanılıb və iş digər istintaq hərəkətlərinin davam etdirilməsi üçün Bakı Şəhər Prokurorluğuna göndərilib. Həmin şəxslər barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.
Xatırladaq ki, tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.
Xəbəri paylaş
7398 dəfə oxunub.
Digər xəbərlər

15-02-2021, 19:31
Milli Paralimpiya Komitəsinin əməkdaşları təltif edildi - SƏRƏNCAM
15-07-2016, 16:52
Bakıda küçəyə atılmış qız uşağı tapıldı
26-06-2017, 14:43
Damlanın albomundan yeni mahnı təqdim olundu -audio
5-09-2016, 20:05
Hacıbala Abutalıbov rəisi İŞDƏN QOVDU
11-03-2016, 19:10
3 yaşında qızın gözü qarşısında anasına təcavüz etdilər (VİDEO)
13-04-2015, 18:38
Tatarıstan prezidenti Azərbaycandadır
5-04-2017, 16:45
Peterburqda həlak olan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR
14-10-2015, 20:15
Putin rusiyalı məmurlara bunu da qadağan etdi
10-01-2016, 23:11
“Atama DTX-nin təcridxanasında çox çətin olacaq”