Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qızımı həkimlər öldürdü” - DSX-nin ilk qadın PİLOTUNUN ANASI
Tarix: 01-09-2016 | Saat: 20:12
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

“Qızımı həkimlər öldürdü” - DSX-nin ilk qadın PİLOTUNUN ANASI

Sözün düzü gedəcəyimiz ünvanı bilmirdik. Sumqayıtın hansı istiqamətində düşəcəyimizi də... Yoldan keçən bütün sumqayıtlılara ötən gün rəhmətə gedən pilot xanımın evini tanımırsız? sualını ünvanlayırıq. Axtara-axtara son ümid kimi Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısına gəldik. Polisə yaxınlaşırıq. Vəziyyəti izah edirik. Polis də ünvanı bilmir. Söhbətimizi kənarda eşidən orta yaşlı dayı sonuncu dayanacığımızda köməyimizə yetir. Bəlli olur ki, onun da qohumu Dövlət Sərhəd Xidmətində işləyir. Ona zəng edib ünvanı öyrənir. Verdiyi ünvana tərəf yol alırıq. Nəhayət ki, pilot xanımın ata evindəyik.


“Dilarə dövlətin qızı idi, həkimlər öldürdü onu”- Pilotun anası-Fotoreportaj

Əvvəlcə özümüzü təqdim edirik.Baş sağlığı üçün gəldiyimizi bildiririk. Bir az keçəndən sonra pilot xanımın anası Səmayyə Babayevadan hadisənin əslində necə olduğunu öyrənirik!
Qızım, Dilarə zəhərlənib ölmədi, televizorun verdiyi xəbər yalandır!
29 avqust- Dilarənin mədəsindən ağrılar başlayıb.
“Səhər saatlarında Dilarə zəng etdi ki, mama mədəm ağrayır. Mən də dedim ki, keçib gedər. Soruşdum ki, nə yemisən? Dedi ki, iki parça qarpız yemişəm. Mən də dedim ki, təcili yardım çağır. Zəhərlənməsindən şübhələndim deyə belə dedim:

“Dilarənin iki nəfər həkimi olub. Biri Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında Pərvin xanım, o biri isə Sumqayıtda qeydiyyatda olduğu 45 saylı Qadın məsləhətxanasıdır. Həmin qadın məsləhətxanasında həkimi də Gülnarə xanım olub. İlk olaraq bura - 45 saylı Qadın Məsləhətxanasına gəldi. Buradan mədəsini yudular. Sonra özünü yaxşı hiss edirdi. Amma hey deyirdi ki, mədəsi kəskin ağrayır. Elə burada təziqini ölçdülər. Normal idi. Burada analiz verdik, müayinə olundu. Sonra Doğuşa Yardım Komisiyasına Ruslan həkimin yanına yolladılar. Hamımız doğuşun tez olmasında şübhələnirdik. Komissiyaya gəldik, orada da analiz verdik. Bu günə kimi elə həmin gündə olan analizlərdə də onun sidiyindən qan gəlmirdi. Belə diaqnoz qoymayıblar. Burada sidik analizi də verdi. Bəlli oldu ki, zülalı çoxdur. Sonra gəldik 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko). Bax belə çox vaxt itirdik. Həkimlərin biri qabağa durmadı ki, balamın dərdini bilim”.

İcazəsiz əməliyyat ediblər.

Bura gələn kimi Dilarəni cərrahiyyə şöbəsinə aparıblar. Niyə bilinmir?

Anası deyir ki, guya Ruslan həkim mədəaltı vəzindən şübhələnib ki, birdən mədəaltı vəzi partdayar. Burada da bütün orqanların-qaraciyərin, mədəaltı vəzin də yoxladılar. Problem yox idi. Uşaq bətnində də sağ idi.

Qıcolmaya qədər uşaq sağ olub.

Səmayyə xanım bildirir ki, cərrahiyyə şöbəsindən sonra Dilarəni infeksiya şöbəsinə apardılar:

“Bu şöbədə 2 saat sistemin altında qaldı. Bir də gördük ki, içəridə “sudurğa” keçirdi. Sistem ona pis təsir etdi. Diaqnozu bu çıxdı ki, guya böyrəyində həddindən artıq zülal olub. "Sudurğa" keçirənə qədər bətnində uşağı sağ idi. Sistemdən oldu! Həkimlər dedi ki, böyrəyi yaxşı süzmür. Yəqin ki, Dilarənin də bədəni sistemlərə tab gətirmədi. Və qaraciyəri partlamışdı. Amma bura qədər nə qaraciyərində nə də ki, başqa orqanında heç bir problemi olmayıb. Bizdən heç bir razılıq almadan qızımı əməliyyata aparıblar. Əməliyyat olanda xəbərimiz yox idi. Axşam saat 9-da əməliyyata aparıblar, saat 12 oldu heç bir xəbər çıxmadı. Professor Mahalov da həkimi də çıxıb getdilər. O vaxtı da uşaq artıq keçinmişdir. Dilarənin böyrəyinə, başına, bir də ayaqlarına aparatlar qoşmuşdular. Dedilər ki, bu nahiyələrində su olub. Bu apartlar suyu çəkir. Guya su 3 aya yığılıb. Mənin qızım daim həkim nəzarətində olub, tez-tez yoxlanırdı. Bu necə olub anlamıram. Hamiləliyinin son ayları idi. Hər həftə sidikdən analiz verirdi. Heç ağlıma gəlməzdi ki, Dilarəyə nəsə ola...Elə uşağı soruşurduq. Ancaq uşağı fikirləşirdik ki, o ayılandan sonra biz ona nə deyəcəyik?. Sistem qoşulana qədər uşaq sağ idi. “Sudurğa” keçirəndən sonra uşaq keçinmişdir. Həkimlər dedilər ki, guya Dilarənin böyrəkləri pis vəziyyətdə olub. Hər gün 17 qram zülal itirib. Bu proses 3 ay imiş ki, gedirmiş. Belə bir halın olması mümkünsüzdür. Mənim qızım tez-tez müayinə olunurdu. Heç bir problemi olmayıb. Xəstəxanada olanda həkim dedi ki, sağalandan sonra böyrəyinə 6 ay müalicə olunmalıdır. Bir də ki, sinirinin çox pis zədələndiyini də dedilər. Ola bilər ki, əməliyyatdan çıxanda yarımcan olsun” - deyə pilot xanımın anası əlavə edib..

29 avqust gecə saat 3-də!

Həkimlərdən cavab gözləyirdik:

“Həkim bildirdi ki, səhər bir söz deyəcəklər. Səhərə yaxın saat 3-də zəng gəldi ki, Dilarənin üstündəki aparatlar çıxardılandan sonra keçinib. Bizi yandıran budur ki, Dilarəni ölümcül aparmamışıq ki, sonu da belə olsun. Mədə ağrısından adam ölər? Sistemdən sonra Dilarənin ciyərləri partladı. Həkimlər bir-birinin üstünə atdılar. Mənim balama kömək etmədilər”.

“Dilarə dövlətin qızı idi, həkimlər öldürdü onu”- Pilotun anası-Fotoreportaj

“Qızımı həkimlər öldürdü” - DSX-nin ilk qadın PİLOTUNUN ANASI

“Mən deyə bilmədim Dilarə mənim deyil, dövlətindir”.

“Xəstəxanada özümüzü itirdik deyə biləmdik ki, Dilarə bizim deyil, dövlətindir. Dilarənin aparanda qoymadılar ki, tabutunu qardaşı götürsün. Hərbiçilərin çiynində getdi. Hərbiçilər əlimizdən aldılar ki. Bu bizimdir. Mənin qızım dövlətin balası idi”.

8 ayın gəlini

2015-ci ilin dekabrın 20-də toyu olub. Mənim qızımın hər hansı problemi olsa idi hamilə olmazdır. Nə elədisə həkimlər etdi. Bütün müayinələrinin hamısını “Sağlam ailə”də etdirirdi.
“Yerdən öldüm, ya göydə nə fərqli var?”

“Qızımı həkimlər öldürdü” - DSX-nin ilk qadın PİLOTUNUN ANASI

“Dilarə Sumqayıtda 11-ci sinifi bitirəndən sonra. Sənədlərini Hərbi Akademiyaya verdi. 560 balla buraya qəbul oldu, qırmızı diplomla da bitirdi. Qızıma Prezident İlham Əliyev 3-cü kateqoriya medalla təltif edib. Sonra gəldi “Salyanski Kazarma”ya bir ildən çox vaxtda burada işlədi... Mən avtomobil qəzası keçirəndən sonra qızım hərbidən uzaqlaşdı- yəni işdən çıxdı. Sonra mən sağaldım. Elan verilmişdir ki, Sərhəd Qoşunlarına komanda yığılır. Qızımı ora göndərdim. Bu danışdıqlarım 2012-ci ildə olub. Ürəkli qız idi...O, ölməyi bilmirdi. Deyiridi ki, “Yerdə öldüm, ya göydə nə fərqli var?” Hə... Getdi imtahan verdi. 60 sual vermişdilər. 60- sualında 58-nə cavab yazmışdır. Xülasə, Dilarəni Sərhəd Qoşunlarına işə götürdülər. Əvvəl leytnat oldu, sonrada kapitan rütbəsin verdilər. Biri il bundan əvvəldə Elçin Quliyev “AZALA ” oxumağa göndərdilər. Sonra İS

“Sənqaçal” da olan Dövlət Sərhəd Xidmətinin Uçuş Avia Dəstəsinə göndərdilər. Orada uçuşdar edirdi. Hamiləliyinə görə, Müdafiə Nazirliyinə göndərdilər orada işləməyə başladı.Allah mənim əlimdən aldı gül kimi balamı...Bilmədim əcəldir, yoxsa qismət. Kim oldu mənim balamın düşmənləri? Xahiş edirəm, balamın düşənlərin tapın”.
“Dilarə dövlətin qızı idi, həkimlər öldürdü onu”- Pilotun anası-Fotoreportaj

Qeyd edək ki, D. Babayeva dünən zəhərlənmə şübhəsi ilə 1 saylı şəhər xəstəxanasına aparılıb. Qadını və körpəsini xilas etmək mümkün olmayıb. Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən verilən məlumata görə meyitin beynində qansızma əlamətləri müşahidə olunub. Bunun nə ilə bağlı olduğu dəqiqləşdiriləcək. Ekspertizanın cavabı qanu etməsə ailə özü araşdırma aparacaq. (İnterpress.az)


Xəbəri paylaş

3 0508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___