Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ərəb turistləri Bakıya gətirən avtobus qəzaya düşdü: 2 ölü, 16 yaralı - YENİLƏNİB
Tarix: 30-08-2016 | Saat: 14:55
Bölmə:Karusel / Hadisə | çapa göndər

Ərəb turistləri Bakıya gətirən avtobus qəzaya düşdü: 2 ölü, 16 yaralı - YENİLƏNİB


14:23

Azərbaycanda ərəb turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə avqustun 29-da axşam saatlarında baş verib.

Qəbələdən Bakıya gələn "Hyundai" markalı mikroavtobusun sürücüsü İsmayıllı rayonu ərazisində idarəetməni itirib və avtobus aşıb. Hadisə nəticəsində avtobusda olan 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, turistlərdən iki nəfər xəstəxanada dünyasını dəyişib.

Avtobusdakıların hamısı Azərbaycana gələn ərəb turistlər olub. Turistlər Qəbələ rayonundan Bakıya qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.

----------

13:26

Bakıdan Qəbələ istiqamətində hərəkət edən sərnişin avtobusu İsmayıllı rayonu ərazisində qəzaya uğrayıb.

"Xəbəraz.az " azvision.az-a istinadən bildirir ki, hadisə şahidlərinin sözlərinə görə, sərnişin avtobusu yük maşını ilə toqquşub.

İlkin məlumatlara görə, 2 nəfər hadisə yerində keçinib. Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hələlik ölən və yaralıların dəqiq sayı bilinmir.


Xəbəri paylaş

5978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___