Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Flora Kərimova mənim üçün öldü”
Tarix: 28-08-2016 | Saat: 09:33
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

“Flora Kərimova mənim üçün öldü”

Xalq artisti Flora Kərimovanın SSRİ xalq artisti Zeynəb Xanlarova haqda dediyi sözlər gündəmi dəyişib.

"Xəbəraz.az " xəbər verir ki, Z.Xanlarovanın qardaşı qızı, əməkdar artist Mehriban Xanlarova Axşam.az-a açıqlamasında F.Kərimovaya cavab verib:

“Flora Kərimovaya bu günə qədər böyük hörmətim var idi. Bu gündən sonra Flora Kərimova mənim üçün öldü. Flora xanım söyləyib ki, Zeynəb xanımın sənəti, səsi yoxdur. Flora xanım, yaşlandıqca yaddaşınız zəifləyir yəqin. Zeynəb Xanlarova öz səsi ilə Azərbaycanı dünyaya tanıdıb. Bəs siz nə etmisiniz?

Zeynəb Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçısıdır. Flora xanım, gedin, arxivi araşdırın, baxın. Zeynəb Xanlarova heç bir zaman konsertlərində "fonoqramma" oxumayıb. Çünki səsi var, canlı oxuyur, oxuyacaq da. Sizin də səsiniz olsa, " fonoqramma"sız oxuyarsız".

Aktrisa xalq artistini bir zamanlar mərhum sənətkar İlhamə Quliyevanın, indi isə Z.Xanlarovanın adından istifadə edərək gündəmdə qalmağa çalışmaqda ittiham edib:

“İlhamə Quliyeva sağ olduğu zaman onun şöhrətindən istifadə edib atmacalarla gündəmdə qalırdınız. Ölümündən sonra isə ölüsündən istifadə edib gündəmdə qalmaq istədiniz. Mən sizin bu hərəkətlərinizə gülürəm. Nə istəyirsiniz bu insanlardan? Xalqın sizə az-çox sevgisi, hörməti var, gündəmdə qalmaq üçün qalmaqal yaradıb özünüzü gözdən salmayın.

Flora xanım, unutmayın ki, Zeynəb Xanlarova heç zaman cılız söhbətlərlə gündəmdə qalmağı sevmir. Çünki Zeynəb xanım öz şöhrətini qoruyub saxlaya bilir. Bu gün də Zeynəb Xanlarova dünyada tanınır və bəyənilir. Sizin bəyənib bəyənməməyinizin əhəmiyyəti yoxdur. Siz nə etsəniz də, Zeynəb xanım sizə baş qoşan deyil. Zeynəb Xanlarova Azərbaycan xalqının fəxridir, fateh sənətkardır”.


Xəbəri paylaş

8478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___