“Göydə açıq bazar açıb, yer satırlar” - AZAL-a qarşı ittihamlar
Tarix: 24-08-2016 | Saat: 20:56
Bölmə:Karusel / Hadisə | çapa göndər
“AZAL lap ağını çıxarıb. Bəlkə də hər zaman belə davranış sərgilənib insanlara qarşı, sadəcə çox vaxt “biznes”lə uçduğum üçün, “ekonom”da insanlarla bu cür davranıldığından xəbərsiz idim”.
"Xəbəraz.az "xəbər verir ki, bu sözləri tanınmış aparıcı Günel Hümbətova bildirib. “Azərbaycan Hava Yolları” QSC-ni kəskin tənqid edən aparıcı qeyd edib ki, yolda gördükləri onu şoka salıb:
“Bəlkə də çoxunuzun xəbəri var. AZAL-ın içiləri göydə açıq bazar açıb, yer satmaqla məşğuldurlar. Hansısa yer satılmayıbsa və ya sərnşin müəyyən səbəblərdən uçuşa gələməyibsə onun yeri elə göydəcə, göydə olanlara pulla təklif edilir. Təəccüblüdür hə? Mən sizdən betər təəccüblənmişdim. Deməli, Bakıya qayıdanda qızım ağlamağa başladı.
Yanımda əyləşənləri narahat etməmək üçün yerimdən qalxıb boş olan sıraya yaxınlaşdım (elə ekonom klassda). Mən təlaş içində qızımı sakitləşdirməyə çalışarkən vicdanı, mərhəməti olmayan qeyri-peşəkar yol bələdçisi 2 dəqiqədən bir yaxınlaşıb yerimi dəyişdiyimə görə pul ödəməli olduğumu xatırladırdı. Mənə kömək etməkdənsə, gəlib alver edir mənimlə. Söhbət puldan getmir. Sadəcə o halda gəlib mənimlə yer davası etdiklərinə görə bu gündən AZAL-dan imtina edirəm”.
Günel Hümbətova əlavə edib ki, AZAL sərnişinlərə fərq qoyur:
“Biznes class-da uçarkən adamın başına fırlanırlar, ekomomla uçanlara qarşı olan davranışdan hələ də şokan ayılmamışam. Çox istəyərdim ki, ölçü götürülsün və AZAL-ın işçiləri, qaydaları yenidən gözdən keçirilsin. Mən onların qaydalarını müzakirə etmirəm. Sadəcə körpə sərnişinə qarşı bir az anlayış gözlədim”.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Musavat.com-a bildirib ki, teleaparıcının ittihamları əsassızdır:
“Sözügedən teleaparıcı, yəqin ki, məlumatsızdır. Dünya praktikasında da bu qayda mövcuddur. Aviareyslərdə birinci sıralar pulludur. Orada oturmaq üçün təyin olunmuş məbləğ ödənməlidir. Ödəniş olmasa, sərnişin orada otura bilməz. Yol bələdçiləri bundan pul qazanmır. Teleaparıcının ittihamları əsassızdır”.
Xəbəri paylaş
1 5798 dəfə oxunub.
Digər xəbərlər

5-04-2022, 10:13
Güclü külək nəticəsində Bakıda 9 nəfər xəsarət alıb
19-02-2017, 20:23
“Qardan adam oldu, Xaqanidən olmadı”
8-05-2022, 12:15
Ən təhlükəli məişət əşyaları. Onlardan hər gün istifadə edirik!
11-08-2021, 11:07
Vilayət Eyvazov bu rayonun polis rəisini VƏZİFƏSİNDƏN AZAD ETDİ
24-04-2015, 13:47
“ASAN ödəniş” terminalları ictimai yerlərdə qurlaşdırıldı
16-06-2022, 09:54
Sağlam və enerjili olmaq üçün FAYDALI MƏSLƏHƏTLƏR
27-03-2017, 22:22
Baş həkim öldürülərkən arvadı seriala baxırmış... - Qətlin təfərrüatı
14-07-2015, 13:54
Azərbaycan vizaları sadələşdirir
8-11-2018, 11:32
Daha bir süpürgəçini maşın vurub öldürdü