Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Mehmetcik” irəliləyir - Daha bir kənd İŞİD-dən təmizləndi (YENİLƏNİB)
Tarix: 24-08-2016 | Saat: 14:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Mehmetcik” irəliləyir - Daha bir kənd İŞİD-dən təmizləndi (YENİLƏNİB)

Suriyanın Hələb vilayətinin Cerablus bölgəsinin İŞİD terror təşkilatından təmizlənməsi üçün aparılan əməliyyat çərçivəsində strateji əhəmiyyətli məntəqə azad edilib.
"Xəbəraz.az " Türkiyə mediasına istinadən xəbər verir ki, Azad Suriya Ordusu Türkiyə sərhədinin 3 kilometrliyində yerləşən Keklicə kəndini İŞİD-dən təmizləyib.

Cerablus mahalın mərkəzindən təxminən 5 kilometr qərbdə yerləşən Keklicə kəndində yerləşən Azad Suriya Ordusu mahal mərkəzinə irəliləmək üçün kəndin ətrafında təhlükəsizliyi gücləndirir.

***
Türkiyə ordusunun Suriyada əməliyyata başlaması ilə İŞİD terror təşkilatının döyüşçüləri Cerablusdan qaçmağa başlayıb.

"Xəbəraz.az " xəbər verir ki, bu haqda CNN Türk kanalının canlı yayımına bağlanan və Cerablusda qohumlarının olduğunu bildirən bölgə vətəndaşları bildirb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinə bağlı F-16 qırıcıları və topçu birlikləri bu gün səhər Suriyanın Cerablus şəhərinin İŞİD-dən azad edilməsi üçün əməliyyata başlayıb. Son məlumatlara görə, Türkiyənin tank birlikləri Suriyaya daxil olub.

***
11:48
“Cerablusa çox yaxın nöqtədə yerləşən Çobanbey bölgəsi ələ keçirilib”.

"Xəbəraz.az "xəbər verir ki, bu haqda Şuriyanın Cerablus şəhərini İŞİD-dən azad etmək üçün Türkiyə ordusunun başladığı əməliyyatı qiymətləndirən təhlükəsizlik siyasəti üzrə mütəxəssisi Mete Yarar deyib.

O, quru əməliyyatının həqiqətən başladığını söyləyib.

“Quru əməliyyatının mərhələləri var. Əvvəl hədəflər vurulur və quru əməliyyatı üçün əlverişli şərait yaradılır. Daha sonra quru əməliyyatı başlanır. Hədəflər müəyyənləşdirilir, istehkam birlikləri minaları zərərsizləşdirir, ardınca tanklar girir. Hazırda bunu edirlər”, - o, bildirib.


Xəbəri paylaş

6638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___