Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Salyanda DƏHŞƏT: keçmiş məhkum ata narkoman qızını öldürdü
Tarix: 24-08-2016 | Saat: 13:37
Bölmə:Karusel / Hadisə | çapa göndər

Salyanda DƏHŞƏT: keçmiş məhkum ata narkoman qızını öldürdü

Salyanda ata qızını iplə boğaraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avqustun 21-də Salyan sakini, 33 yaşlı Qurbanova Gülnar Eldar qızının meyiti yaşadığı evdən tapılıb. Araşdırmalarla onu atası, 1954-ci il təvəllüdlü Eldar Əliheydər oğlu Qurbanovun öldürdüyü müəyyənləşib. Qızın meyiti məsciddə yuyularkən boynunda aşkarlanan ip izindən öldürüldüyü üzə çıxıb.

E. Qurbanov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, Gülnar Qurbanova və atası əvvəllər məhkumluq həyatı yaşayıblar. E. Qurbanov 17 il həbsxanada olub. Qadının isə narkotik asılılığı olduğu bildirilir.

**
11:21

Salyan şəhərində bir neçə gün əvvəl meyiti tapılan Gülnar Qurbanovanın qətlə yetirildiyi məlum olub.
Lent.az-ın Report-a istinadən məlumata görə, Rayon Prokurorluğundan bildirilib ki, G.Qurbanovanı atası Eldar Qurbanov boğaraq öldürüb.
Araşdırmalar davam etdirilir.
Xatırladaq ki, avqustun 21-də Salyan şəhərində mənzildə 33 yaşlı Qurbanova Gülnar Eldar qızının meyiti tapılıb.


Xəbəri paylaş

1 1258 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___