Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İtaliyada zəlzələdə 100 nəfər itkin düşüb - YENİLƏNİB
Tarix: 24-08-2016 | Saat: 13:34
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər

İtaliyada zəlzələdə 100 nəfər itkin düşüb - YENİLƏNİB

Bu gecə İtaliyada baş verən zəlzələdə ölənlərin sayı 21 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə İtaliyanın “La Repubblica” qəzeti yazıb.

RAI televiziyası isə Peskara-del-Toronto yaşayış məntəqəsində zəlzələ nəticəsində 10 nəfər öldüyü, 100 nəfər itkin düşdüyü barədə məlumat yayıb.

Zəlzələ nəticəsində Amatriçe şəhərinin yarısının dağıldığı bildirilir.


10:12

İtaliyada baş verən zəlzələdə ölənlərin ilkin sayı açıqlanıb.

APA-nın məlumatına görə, yeraltı təkanların törətdiyi dağıntılar nəticəsində ən azı 14 nəfərin öldüyü məlum olub.

Dağıntılar altında qalanların olduğu, xilasetmə əməliyyatlarının davam etdirildiyi bildirilir.


07: 51

İtaliyanın mərkəzində baş vermiş güclü zəlzələ Amatriçe şəhərində ciddi dağıntılara səbəb olub, uçqunlar altında xeyli sayda insanların qaldığı bildirilir.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Amatriçe şəhərinin meri Sercio Pirozzinin bəyanatında bildirilir.

Ölənlər barədə hələlik məlumat daxil olmayıb.

Qeyd edək ki, İtaliyanın mərkəzi hissəsində 6,1 bal gücündə zəlzələ baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla 01.36-da (Bakı vaxtı ilə 05.36-da) qeydə alınıb. Zəlzələnin episentri Lakuila şəhərindən 48 km şimalda, Romadan 116 km şimal-şərqdə, 10 km dərinlikdə yerləşib.


**** 06.18

İtaliyanın mərkəzi hissəsində 6,1 bal gücündə zəlzələ baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla 01.36-da (Bakı vaxtı ilə 05.36-da) qeydə alınıb. Zəlzələnin episentri Lakuila şəhərindən 48 km şimalda, Romadan 116 km şimal-şərqdə, 10 km dərinlikdə yerləşib.

Xəsarət alan və dağıntılar barədə hələlik məlumat verilmir.


Xəbəri paylaş

6418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___