Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda ürək sızladan oğurluq - 4 "pampers", 10 yumurta...
Tarix: 22-08-2016 | Saat: 14:49
Bölmə:Karusel / Hadisə | çapa göndər

Azərbaycanda ürək sızladan oğurluq - 4 "pampers", 10 yumurta...

Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən ərzaq dükanlarının birində qəribə oğurluq hadisəsi baş verib.

"Xəbəraz.az " savash.org-a istinadən bildirir ki, ərazidə yaşayan şəxslərin verdiyi məlumata görə, gecə yarısı pəncərəni qıraraq mağazaya daxil olan naməlum oğrunun davranışı hər kəsi, o cümlədən mağaza sahibini də təəəccübləndirib. Belə ki, kassada 200 manat pulun olmasına baxmayaraq, həmin pulun 1 manatına da toxunmayan oğru yalnız özünün zəruri bildiyi məhsulları götürərək gedib. Onun mağazadan götürdüyü məhsulların siyahısı isə belə olub: 10 yumurta, 2 çörək və 4 uşaq bezi.

Oğurluq hadisəsindən səhər saatlarında xəbər tutan mağaza sahibinin bu olaydan çox təsirləndiyi və bu səbəbdən də hüquq-mühafizə orqanlarına müraciət etmədiyi bildirilir.


Xəbəri paylaş

7438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___