Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan bizi qabaqladı - Saakaşvili
Tarix: 22-08-2016 | Saat: 11:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan bizi qabaqladı - Saakaşvili

Ukraynanın idman naziri istefaya getməlidir.

"Xəbəraz.az "xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili yazıb.

Onun sözlərinə görə, Ukrayna idmançılarının bu il Rio Olimpiadasında göstərdikləri nəticə bərbad vəziyyətdədir:

“Bizi Azərbaycan, Qazaxıstan, Macarıstan, Kuba, Keniya, Yamayka və digər ölkələr qabaqladılar. Bir çox ölkələr ərazisinə və potensialına görə Ukraynadan geri qalırlar. Ukraynadan 10 dəfə kiçik olan Gürcüstanın belə medal sayı bizimlə eynidir. Ən gülməlisi isə odur ki, bizim nəticələrimiz Ukraynanın böyük idman potensialını zərrəcə əks etdirmir”.

Qeyd edək ki, Ukrayna Rio Olimpiadasında qazandığı medal sayına görə (11 medal) 31-ci yeri tutub. Bu, ölkənin son 20 ildə ən zəif göstəricisi hesab edilir.


Xəbəri paylaş

8118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___