Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dəhşətli təcrübə: Yadplanetlilərin yeraltı dünyası - Video
Tarix: 21-08-2016 | Saat: 21:31
Bölmə:Karusel / Maraqlı / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Dəhşətli təcrübə: Yadplanetlilərin yeraltı dünyası - Video

Yerin altında dünyaların olması ilə bağlı müxtəlif iddialar hər zaman olub. Bəzi iddialara görə isə yerin dərinliyində öz dünyasını quran varlıqlardan biri də yadplanetlilərdir.

Yeni Meksikada yerləşən 900 nəfər əhalisi olan Dulse qəsəbəsi (Dulse bazası) belə yerlərdəndir. Dulsenin ən önəmli özəlliyi “Arkuletta Mesa”nın altında dərin sirr saxlamasıdır. Bu sirr, deyilənə görə, hökumət və yadplanetlilərin laboratoriyalarda insanlar və heyvanların üzərində qorxunc təcrübələr həyata keçirməsindən ibarətdir.

Ərazidə yaşayan insanların dediklərinə görə, Dulse bazasında tez-tez parçalanan mal-qaralara rast gəlinir. Tədqiqatçılar parçalanan mal-qaranın UNO-larla əlaqəli ola biləcəyini iddia edirlər. Həmin ərazidə UNO-ların, qəribə işıqların görünməsi də bu iddiaya inanmağa əsas verir.

Amerikalı araşdırmaçı Paul Benevitz Dulse bazası ilə bağlı bir çox açıqlamalar verib. Onun verdiyi məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyi bilinmir. Paul Benevitz UNO tərəfindən qaçırılan yenimeksikalı Maynre Hansenin başına gələn hadisələri araşdırıb. Onun araşdırmasına görə, Hansen 1980-ci ildə yeraltı təsisə aparılıb.

Kristo Tilton isə 1987-ci ilin iyulunda kosmik gəmi ilə gələn iki balaca yadplanetli tərəfindən qaçırıldıqdan sonra anlayışını itirib. O, qaçırıldıqdan sonra təhlükəsizlik kameraları və kompüterli idarə sistemi olan bir tunelə aparılıb. Tilton üzü tanıyan kompüter qarşısına keçirilib. Kompüter Tiltona bir şəxsiyyət vəsiqəsi çıxartdıqdan sonra rəhbər onu yerin yeddi qat dərinliyinə gətirib.

Kristo qaçırıldığı zaman gördüklərinin əksəriyyətinin şəklini çəkmişdi.

Onun Dulse bazasında nəyə şahid olması və digər baş verən qorxunc faktlardan məlumat almağınız üçün videonu təqdim edirik:



Xəbəri paylaş

9448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___