Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyədə toyda partlayış: 30 ölü, 94 yaralı
Tarix: 21-08-2016 | Saat: 09:28
Bölmə:Karusel / Hadisə | çapa göndər

Türkiyədə toyda partlayış: 30 ölü, 94 yaralı

Partlayışın “canlı bomba” tərəfindən törədildiyini bildirilir
Türkiyənin Qazıantep şəhərində toy şənliyi zamanı törədilən partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

APA-nın "Assoşieyted Press"ə istinadən verdiyi xəbərə görə, bu barədə Qazıantep valisi Əli Yerlikaya bildirib. O hadisəni terror aktı adlandırıb.



Məlumata görə, partlayış nəticəsində daha 94 nəfər yaralanıb.

Baş nazirin müavini Mehmet Şimşək NTV telekanalına açıqlamasında partlayışın terrorçu qadın-kamikadze tərəfindən törədildiyini bildirib.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Partlayışın İŞİD terror qruplaşmasının üzvü tərəfindən törədildiyi ehtimal olunur.



***** 03.15

Türkiyənin Qazıantep şəhərində toy şənliyi zamanı törədilən partlayış nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

APA-nın “CNN Turk” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Qazıantep valisi Əli Yerlikaya bildirib. O hadisəni terror aktı adlandırıb.

Məlumata görə, partlayış nəticəsində daha 94 nəfər yaralanıb.

Partlayışın “canlı bomba” tərəfindən törədildiyini bildirib.

Partlayışın İŞİD terror qruplaşmasının üzvü tərəfindən törədildiyi ehtimal olunur.



**** 01.15

Türkiyənin Qazıantep şəhərində toy şənliyi zamanı partlayış törədilib. APA-nın xəbərinə görə, partlayış nəticəsində 8 nəfər ölüb, 60 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda polis və həkim briqadası cəlb olunub.

Qazıantep valisi Əli Yerlikaya hadisəni terror aktı adlandırıb.

Hadisə yerinə çoxlu sayda polis və həkim briqadası cəlb olunub.

Yerlikaya partlayışın Akdere məhəlləsindəki düyün salonunda toy mərasimi zamanı baş verdiyini bildirib.

Hakim Ədalət və İnkişaf Partiyasının Qazıantepdən olan millət vəkili Mehmet Erdoğan “CNN Türk” telekanalına açıqlamasında partlayışın “canlı bomba” tərəfindən törədildiyini bildirib.

Partlayışın İŞİD terror qruplaşması tərəfindən törədildiyi ehtimal olunur.


**** 00.59

Türkiyənin Qaziantep əyalətində toy məclisi zamanı partlayış baş verib.

APA-nın AFP -ə istinadən verdiyi xəbərə görə, insident nəticəsində yaralananlar var.


Xəbəri paylaş

7538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___