9 otaqlı ev külə döndü, ailə küçədə qaldı - Video
Tarix: 20-08-2016 | Saat: 21:44
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər
Ağsuda fərdi yaşayış evi yanaraq külə dönüb.
"Xəbəraz.az " Region TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb. Kənd sakini 65 yaşlı Əkbər Şirinova məxsus mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağsu Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı ümumi sahəsi 182 kvadratmetr olan 9 otaqlı və iki mərtəbəli fərdi yaşayış evi içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb. Yanğın barədə vaxtında məlumat verilmədiyi üçün ev tamamilə yanaraq külə dönüb. Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Ev sahibi Ə.Şirinov baş verənləri danışarkən göz yaşlarını saxlaya bilməyib: "Biz aşağıdakı evdə yatmışdıq, 2 nəvəm, bir də ikimiz. Gecə saat 4 radələrində gurultu səsi gəldi, şüşə sındı. Dedim ki, yəqin bərk külək əsir. Çıxdım bayıra, gördüm ki, yuxarı mərtəbədən alov qalxır. Nə girmək mümkündür, nə də söndürmək. Balalarımın cehizləri, qızılları - hamısı yanıb. Bir dənə çöp də çıxara bilmədik. Əynimdəki qonşunun paltarıdır".
Xəbəri paylaş
7548 dəfə oxunub.
Digər xəbərlər

20-02-2017, 16:20
Leyla Əliyeva sosial şəbəkədən çağırış etdi
16-07-2016, 12:38
Buzlaqlar əriyir: Azərbaycan su altında qalacaq - ŞOK (VİDEO)
28-06-2022, 12:31
“Əmini söy” deyə böyüdülən uşaqlar: Qanunvericilikdə bu cür valideynlər barədə maddə olmalıdır - RƏY
3-04-2019, 13:38
İlham Əliyev keçmiş naziri rektor təyin etdi
20-04-2016, 16:52
"Baku Crystal Hall"ın dayaq borularından biri aşıb
13-02-2018, 12:42
Jurnalistlər binasından mənzil veriləcəyi vədi ilə iki nəfərə qarşı 75 min manatlıq dələduzluq edilib
12-08-2015, 20:34
Ailəsi ilə birlikdə yolla gedərkən naməlum şəxs tərəfindən bıçaqlandı
9-03-2016, 00:09
Güləşçimiz beşqat Avropa çempionu oldu - Yeniləndi
5-05-2017, 20:33
Məşhur "rəqs edən milyonçu" Canluka Vakki Bakıya gəldi - VİDEO
14-11-2015, 17:48
Mehriban Əliyeva Fransa Prezidenti və xalqına başsağlığı verib