Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gündə ən az yarım saat musiqi dinləməniz üçün 5 SƏBƏB
Tarix: 20-08-2016 | Saat: 13:22
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Gündə ən az yarım saat musiqi dinləməniz üçün 5 SƏBƏB

Boşuna deməyiblər ki “Musiqi ruhun qidasıdır”... Yuxu problemindən xəstəliklərə qədər, yaxşı təsir etmədiyi heç bir şey yoxdur."Xəbəraz.az ".lent.aza istinadən musiqi dinləməyin səbəb olacağı möcüzələri təqdim edir.

Beyni hər daim dinc tutur

Yaş irəlilədikcə beyin funksiyaları yavaşlayır və neyronlar arasındakı əlaqələrdə axsamalar yaşanır. Hətta yaşlı fərdlərdə unutqanlıq, Alzehmeyr kimi yaşla bağlı xəstəliklərin görülməsinə səbəb olur. Ancaq araşdırmalar göstərir ki, bir musiqi alətində ifa etmək, musiqi dinləmək beynin yüksək səviyyədə çalışmasına yardımçı olur. Eyni zamanda musiqi unutqanlığın qarşısını alır və zehni inkişafda rol oynayır.

Uşaqlarınıza musiqi dinlədin


Uşaqlara musiqi dinlətməyin də faydaları araşdırmalarla bəlli olub. Məktəbə getməyən uşaqlarda uşaqların bilmədikləri kəlmələri asan qavradıqları, göz və zehni zəka səviyyələrinin daha yaxşı irəlilədiyi deyilir.


Xoşbəxt hiss etdirir

Musiqi dinlədiyimiz anda bəziləri üzülür, bəziləri sevinir, bəlkə də bəziləri havaya uçur. Ancaq hansı növ olmasına baxmayaraq sizin yaxşı hiss etmənizi təmin edən dopamin, seratonin hormonlarının ifrazına yardımçı olur. Depressiya, stress, qayğını azaldır.


Ürək sağlamlığına faydalıdır

Ürək xəstələri üzərində aparılan araşdırmalara görə, ürək əməliyyatından əvvəl xəstələrə ən sevdikləri musiqi dinlədilir və xəstənin daha çox endorfin hormonu ifraz etdiyi deyilir. Bunun sayəsində əməliyyat zamanı və sonrası qan təzyiqi, qan ritmi normal səviyyədə təsbit edilir.


Daha rahat yatmanıza kömək edər

Gün ərzində hər hansı bir sevimli mahnınızı dinləmək gün sonunda sizə stressdən uzaq, dərin və rahat bir yuxu bəxş edəcək.


Xəbəri paylaş

6168 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___