Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Neftçilər” metro stansiyasının yaxınlığında fahişə yanına qaçan “dindarlar” ifşa olundu- FOTOLAR
Tarix: 18-08-2016 | Saat: 03:25
Bölmə:Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər

 “Neftçilər” metro stansiyasının yaxınlığında fahişə yanına qaçan “dindarlar” ifşa olundu- FOTOLAR
masaj salonuEşidib-bildiklərimizə görə, Türkiyədə məscidlərə insanları imamların oxuduqları xütbələr, danışdıqları hədislər, söhbətlər cəlb edir. Bakıda isə fərqli ab-hava varmış. Sən demə, imamın şirin dilləri, nəsihətləri “boş sözlər” imiş. Bizim bəzi “dindar”ları o hədislərdən daha canlı “hadisələr” cəlb edirmiş.

“Neftçilər” metro stansiyasının yaxınlığında yerləşən İmam Zaman məscidinin düz yanında əxlaqsızlıq yuvasının peyda olması ilə bağlı oxuculardan şikayət daxil olub.

"Xəbəraz.az " bildirir ki, ölkə.az daxil olan şikayət əsasında məsələni araşdırmaq üçün Allahın evinin yanındakı sözügedən məkanın “qonağı” olub. Saytın müşahidələrini təqdim edirik:

Apardığımız müşahidələr zamanı bəlli oldu ki, məscidin yanında yerləşən “Skarpion” adlı kafedə və “Lavazza” adlı barda əxlaqsızlıq yuvası mövcuddur. Müştəri qismində əyləşdiyimiz masaya öncə ofisiant yaxınlaşıb sifarişi aldıqdan sonra bizə xüsusi xidmət təklif edərək qızları önərdi. Qızların içəridə olduğunu və bir azdan bizimlə maraqlanacağını söylədi.

“Skarpion” adlı kafedəki qızların “xidməti” 25-35 AZN arası dəyişir. Bu xidmətə ofisiantın söylədiyinə görə, hər şey daxildir. Ofisiant masaj adı altında müxtəlif xidmətlər təklif etdikdən sonra əsas qızların saat 21:00-dan sonra “Lavazza” barda olduqlarını bildirdi. Ora isə bir az “duzlu” yer olduğu üçün qiymətlər 50-60 manatdan başlayır.

Bildirilir ki, buraya bir çox “dindarlar” da baş çəkirlər. Hətta elə zamanlar olur ki, məsciddən çıxdıqdan sonra birbaşa buraya qaçırlar.

Yəhudi və xristianların əqidəsinə görə, Tanrıya xilaf olub şeytana uyan mələklər yerə çırpılırlar. Yerdə isə onlar məbədlərə əks gedib insanları günah eləməyə vadar edirlər. Onların xilası yoxdur, şeytan kimi əbədi odda yanacaqlar. Bizim də avropalaşdığını sanan bir para kişilərimiz elə bilməsinlər ki, “Skarpion”dakı göydən enmiş mələklərə 3-5 manat pul verməklə, əllərini ruziyə çatdırmaqla onların həyatını çətinliklərdən xilas edirlər. Nə o mələklərin “reinkarnasiyası” var, nə siz yəhudi, yaxud da xristiansınız. Türklər demiş, “kəndinizə qayıdın”, cənablar, amma “Skarpion”un yanı ilə yox, məscid tərəfdən…

 “Neftçilər” metro stansiyasının yaxınlığında fahişə yanına qaçan “dindarlar” ifşa olundu- FOTOLAR
 “Neftçilər” metro stansiyasının yaxınlığında fahişə yanına qaçan “dindarlar” ifşa olundu- FOTOLAR


Xəbəri paylaş

1 9308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___