Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sən rahat uyu, ŞƏHİDİM!- Xanımından məktub
Tarix: 17-08-2016 | Saat: 11:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sən rahat uyu, ŞƏHİDİM!- Xanımından məktub

Bu məktubu şəhid xanımı yazıb. Məktub adlandırmaq bəlkə doğru deyil. Bu, şəhid qadınının ağrısıdı, səsidi, həm də qüruru, dirənişidir. Aprel döyüşlərində şəhid olmuş mayor Elnur Əliyevin doğum günündə onun həyat yoldaşı Nuranə Məmmədovanın məktubudu bu. N. Məmmədova həyat yoldaşının anım günü ilə bağlı yazdıqlarını lent.az-a təqdim edib.

***

Sən rahat uyu, ŞƏHİDİM!- Xanımından məktub

Hər gün daha çox darıxıram sənsiz. Günlər, aylar keçir, amma sənsizlik ağrısı hələ də ilk günkü kimidir. Çətindir sənsiz həyata tutunmaq. Hər dəqiqə xəyalınla yaşamaqdır nəfəs aldığım hər gün. Özümü unutdum sən yoxsan deyə, gülüşüm saxtalaşdı, həyata baxışım dəyişdi, gələcəyə ümidim itdi...

Arzular, ah arzular.... sizdəmi O getdiyi gün bitdiniz?! Sizdəmi O getdi deyə getdiniz?! Nə çətinmiş, nə dözülməzmiş sənsiz nəfəs almaq. Səsini eşitməmək, üzünü görməmək , sənə toxunmamaq... Tək təskinliyim sənin yadigarlarınla ovunmaqdır. Sənə oxşamaq istəyən, sənin yolunu gözləyən, “atam olsa belə olardı” deyən iki əmanətin var məndə. Amma sənsiz onlar da qanadı qırılmış quş kimidilər. Sənsiz onlar da təkdirlər. Kim ola bilər sənin qədər əziz, sənin qədər yaxın onlara? Kim tuta bilər onların əlindən sən tutduğun kimi, bərk-bərk? Kim saçlarına sığal çəkər sənin kimi?..

Özümlə savaşıram. “O yoxdur, bəs mən niyə varam” deyə. “Niyə gülürəm, niyə boğazımdan loxma keçir” deyə. “Niyə gəzirəm, niyə sənsiz dözüb yaşayıram, niyə sənsizliyə dözürəm” deyə çox qınayıram özümü. Bu niyələr yorur məni... sənsizlik alır gücümü...

Yorulmuş ruhum qorxudur məni, əmanətlərini sən istəyən kimi böyüdə bilmərəm deyə. Sənə söz verirəm, ey mənim qürur yerim, ey mənim baş tacım, fəxrim, fəxarətim, ən dəyərlim, sənə layiq böyüdəcəyəm əmanətlərini. Səni onlarda görmək arzusuyla, həyata tutunub övladlarını sənin kimi, qorxmaz, igid, mərd, əsl kişi kimi böyüdəcəyəm . Yarımçıq qalan arzularını onlarla birgə həyata keçirdəcəyəm.

Sən rahat uyu, ŞƏHİDİM!

Sənin uğrunda canından keçdiyin Vətəndə ən çox sənin övladlarının yaşamaq haqqı var! Gözün arxada qalmasın, Yerin behişt, qəbrin nurla dolsun.

40 yaşın mübarək, igidim, ŞƏHİDİM

Qeyd: Elnur Adil oğlu Əliyev 1976-cı ildə Füzuli rayonunun Dədəli kəndində anadan olub. 1991-ci ildə 9-cu sinfi bitirib, C. Naxçıvanski adına hərbi məktəbə daxil olub. 1998-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. 1998-2008-ci illərdə cəbhə xəttinin qərb bölgəsində, 2010-cu ildən isə Füzuli istiqamətində xidmətini davam etdirib. Ailəlidir 6 və 7 yaşlarında 2 oğlu var.
Elnur Əliyev, “Lələtəpə” yüksəkliyinin erməni işğalçılarından azad edilməsi ilə bağlı döyüşlərdə şəhid olub. O, 7 nəfər cəbhə yoldaşını işğalçıların atdığı əl qumbarasından qorumaq üçün öz canını sipər edib. "Vətənə xidmətlərinə görə" ordenlə təltif olunub.


Xəbəri paylaş

7838 dəfə oxunub.

Digər xəbərlər
1-03-2016, 13:21 Nostalji mahnılar VİDEO

bütün xəbərlər
____ Instagram ___