Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sərdar Səfərov - Kəlbəcərin qəhrəman oğlu... -VİDEO
Tarix: 12-08-2016 | Saat: 21:39
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər

Sərdar Səfərov - Kəlbəcərin qəhrəman oğlu... -VİDEO


İnsana əvvəlcədən bəlli olan hisslər var. Azadlığı itirmək təhlükəsi, torpaq itkisi, yurd nisgili kimi dəhşətli, qorxulu, qəbuledilməz hisslər. Amma onlar hər insana bəlli olmur. Vətənini sevənlər, yurduna bağlı olanlar qarşıdan gələn amansızlıqları daha tez duyurlar. Məhz bu duyğu onları mübariz edir. Elə Sərdar Səfərovu da qəhrəmanlıq yollarına çəkib aparan bu narahat hisslər olub.

Bəzi azərbaycanlılar kimi Sərdar da çox-çox uzaqlarda, yaşadığı Tula şəhərində daxili işlər orqanlarında xidmətini davam etdirə bilərdi, zaman-zaman çiynindəki ulduzları artıraraq növbəti uğurlarına imza atardı. Ancaq Qarabağda müharibənin qızışdığı bir vaxtda Sərdar rütbə və vəzifə artımını uğur saya bilərdimi? Əsla yox... O ermənilərin murdar xislətinə hələ dünyanın düz vaxtlatında Ermənistanda hərbi xidmətdə olan dövrdən bələd idi.

Sərdar Səfərov 1960-cı ildə Kəlbəcər rayonunda dünyaya göz açmışdı. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına xidmətə getmiş, hərbi xidmətini Ermənistanda keçmişdi.

Ordudan tərxis olunduqdan sonra bir müddət Bakıda Maşınqayırma zavodunda işlədikdən sonra Sərdar daxili işlər orqanlarında xidmət etmək arzusunu reallaşdırmaq üçün Tula şəhərinə yollanır. Üş il bu şəhərdə milis nəfəri kimi çalışdıqdan sonra nümunəvi xidməti nəzərə alınaraq rəhbərlik tərəfindən SSRİ Daxili İşlər Nazirliyinin Kaunas Milis Məktəbinə göndərilir. Sərdar məktəbi başa vurduqdan sonra artıq zabit kimi yenidən Tulada xidmətini davam etdirir.

Qarabağ hadisələri başlanan gündən Sərdarın da rahatlığı pozulur. Vətənin dar günündə Sərdar uzaq Tula şəhərində özünə yer tapa bilmir. Bir neçə dəfə Azərbaycana qayıtması ilə bağlı rəhbərliyə müraciət edir. Ona Tulada qalmağı, gələcək karyerası haqqında düşünməyi məsləhət görürlər. Ancaq Sərdar özünün son qərarını verir. Nəhayət o, 1991-ci ildə Azərbaycana dönür. Onu Qusar rayon daxili işlər şöbəsinə göndərirlər. Bu şöbədə xidmətə başlayanda könüllü olaraq Qarabağa ezam olunması haqqında rəhbərliyə müraciət edir və onun döyüş yolları da beləcə başlayır.

Hadisələrin qızğın dövründə, 1991-ci ilin sentyabr ayında Xankəndi yaxınlığında azğınlaşmış erməni silahlıları azərbaycanlıların sərnişin avtobusuna hücum edirlər. Hadisədən xəbər tutan Sərdar və bir neçə azərbaycanlı özlərini köməyə yetirirlər. Hücumun qarşısı alınır. Cavablarını alan ermənilər geri çəkilirlər. Sərdargil hadisə yerindən uzaqlaşarkən əlavə qüvvələrlə geri dönən ermənilər onlara hücum edirlər. Qeyri-bərabər qüvvələrin silahlı döyüşündə Sərdar öz yoldaşlarını xilas edir, ancaq özü sonuncu gülləsinədək mübarizə apararaq qəhrəmancasına həlak olur. Kəlbəcərin qəhrəman oğlu Sərdar Səfərovun döyüş yolları şəhidlik zirvəsində sona şatır.

Sərdar Səfərov Kəlbəcərdə dəfn olunub. Yəqin ki, bu gün qəhrəman Azərbaycan oğlunun ruhu da düşmənlə mübarizə aparır. Axı şəhidlər ölmür...

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Sərdar Mədəd oğlu Səfərova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.



Xəbəri paylaş

1 1108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___