Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyədə partlayış: 3 ölü, 30 yaralı - YENİLƏNİB
Tarix: 11-08-2016 | Saat: 01:57
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Türkiyədə partlayış: 3 ölü, 30 yaralı - YENİLƏNİB
Türkiyənin Mardin əyalətinin Kızıltəpə bölgəsində baş verən partlayış nəticəsində 3 nəfər ölüb.

APA-nın "Anadolu"-ya istinadən verdiyi xəbərə görə, ölənlərdən 2-si dinc sakin, 1 isə polis əməkdaşıdır.

İnsident nəticəsində 5-i polis olmaqla 30 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Kızıltəpə Dövlət Xəstəxanasının qarşısında baş verən partlayış nəticəsində yaxınlıqdakı yaşayış evləri və inzibati binalara ziyan dəyib.

Partlayışı törədən PKK terrorçularınin tutulması üçün bölgədə əməliyyat davam edir.

***

Türkiyənin Mardin əyalətinin Kızıltəpə bölgəsində partlayış baş verib.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, insident Kızıltəpə Dövlət Xəstəxanasının qarşısında qeydə alınıb.

İlkin məlumata görə, partlayıcı qurğu polis avtomobili keçdiyi zaman işə düşüb. Hadisə nəticəsində çox sayda yaralıların olduğu bildirilir.

Terror baş verən əraziyə təcili yardım maşınları gəlib.


Xəbəri paylaş

6428 dəfə oxunub.

Digər xəbərlər
21-03-2023, 11:43 Azərbaycana yaz gəldi

bütün xəbərlər
____ Instagram ___