Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İnternetdə inqilabi dəyişiklik - “Flash”dan imtina edilir
Tarix: 10-08-2016 | Saat: 21:25
Bölmə:Karusel / Texnologiya | çapa göndər

İnternetdə inqilabi dəyişiklik - “Flash”dan imtina edilir

“Google” şirkəti “Chrome” brauzerində “Flash” texnologiyanın dəstəyinin dayandırılacağını rəsmən bəyan edib. “Mozilla Firefox” brauzerinin tərtibatçıları da müvafiq bəyanat veriblər.

"Xəbəraz.az " xəbər verir ki, “Flash” internetdə geniş istifadə olunan texnologiyadır. Lakin bu texnologiya veb-səhifələrin 90 faizini həddən artıq yükləyir, nəticədə veb-səhifələrin yüklənməsinə xeyli vaxt sərf olunur. Bundan başqa, “Flash” texnologiyasında müntəzəm kritik boşluqlar aşkar edilir ki, bu da hakerlərə istifadəçi məlumatlara müdaxilə etməyə imkan verir.

“Google”un nümayəndələri bildirirlər ki, sentyabrda istifadəyə veriləcək “Chrome 53” versiyasında “Flash” texnologiyası bloklanacaq.

“Mozilla” isə konkret müddət bildirməyib. Ancaq tərtibatçılar iddia edirlər ki, “Flash”dan imtina brauzerin işləməsində ləngimə və başqa problemlərin yaranmasını 10 faiz azaldacaq.

“HTML5” texnologiyasından istifadə brauzerin işini sürətləndirəcək, çünki səhifəni daha effektiv təsvir edir. Populyar resursların əksəriyyəti “HTML5”-i dəstəkləyir.


Xəbəri paylaş

6998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___