Abşeronda bir gecədə 3 mağaza qarət edilib
Tarix: 10-08-2016 | Saat: 10:22
Bölmə:Karusel / Hadisə | çapa göndər
Abşeronda bir gecədə 3 mağaza qarət edilib. APA TV-nin məlumatına görə, hadisə Abşeron rayonu, Gənclər şəhərciyində qeydə alınıb. Hər üç mağaza yeniyetmələr tərəfindən qarət edilib.
Mağazaların yeniyetmələr tərəfindən qarət olunmasını təhlükəsizlik kamerası qeydə alıb. Zərərçəkən ərzaq mağazasının sahibinin sözlərinə görə, oğrular bahalı siqaret və kassadan 600 manat nağd pul aparıblar. Sözü gedən ərazidə yerləşən tərəvəz mağazasının sahibi Kamil Şirinov da o gecənin zərərçəkənlərdəndir. Onun sözlərinə görə, oğrular mağazanın dəmir barmaqlarında olan qıfılı qıraraq içəri daxil olublar: "Hadisə gecə saat 4-də baş verib. Qonşunun obyektinin kamerası çəkib. Cavan uşaqlardır 15-16 yaşında. Biri lap balacadır, təxminən 12-13 yaşı olar"
Oğrular bununla da kifayətlənməyərək yaxınlıqdakı uşaq aləmi mağazasını da qarət ediblər.
Sözü gedən oğurluq hadisələri ilə bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb.
Hadisəni törədən şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat tədbirləri davam etdirilir.
Xəbəri paylaş
6228 dəfə oxunub.
Digər xəbərlər

16-09-2016, 12:14
Sentyabrın 26-sı iş yoxdu
18-07-2016, 01:18
Gülən Türkiyəyə verilir: ABŞ şərtini açıqladı
4-12-2018, 17:22
Ceyhun Hacıbəylinin gəlini və nəvəsi Bakıya gəlir
23-10-2020, 16:11
Şəhid Milli Qəhrəmanın adı Qubadlıda əbədiləşdiriləcək - İlham Əliyev
24-07-2023, 10:50
Bakıda taksi xidməti bahalaşdı - Yeni qiymət...
28-06-2016, 19:12
Qazaxıstan BMT TŞ-nin qeyri-daimi üzvü seçildi
8-09-2018, 17:53
Yağış yağacaq -Sinoptiklər xəbərdarlıq etdi
29-04-2016, 13:20
Moskvada 720 azərbaycanlı “bomj” var
28-01-2019, 14:24
Hadisə arzusunu reallaşdırmaq üçün sərvət xərcləyəcək