Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
21-ci əsrin Məcnunu Gəncədə yaşayır
Tarix: 09-08-2016 | Saat: 12:06
Bölmə:Karusel / Maraqlı | çapa göndər

21-ci əsrin Məcnunu Gəncədə yaşayır
O, günaşırı saat 3-də yuxudan qalxır və axşamdan hazırlanmış azuqəsini də götürərək yola çıxır. Gecənin qaranlıq, yolların buz, havanın yağışlı olmasından asılı olmayaraq, 17 ildir bir gün də olsun təxirə salmadığı bu yolun hər qarışı belə ona tanışdır. Yenə hər zamankı kimi görüşə tələsir. Axı artıq aradan bir gün keçib. Görüşünə tələsdiyi adam da çox darıxmış olmalıdır.
"Xəbəraz.az " sputnik.az-a istinadən bildirir ki, son vaxtlar yorğun ayaqlarına dayaq olan yeni yol yoldaşını – əsasını yerə bərk-bərk dirəyərək 5 kilometrlik yolun son məntəqəsinə, bu əsrdə yaşadığı günlərdən daha çoxunu keçirdiyi qəbirsanlıq qapısından içəriyə girir. Şəhərin ən böyük qəbristanlığındakı qəbir daşlarının arası ilə keçərək kənardan bağı xatırladan əraziyə daxil olur və bir qadının baş daşının qarşısında dayanır.

Bura Tağı Tağıyevin son dayanacağıdır, həm günaşırı getdiyi mənzilin, həm də ömrün tamamında gedəcəyi.
Tağı kişi 1937-ci Gəncədə anadan olub və hazırda bu şəhərdə yaşayır. Özünün dediyi kimi, əgər son 17 ilə yaşamaq demək olarsa.

Belə ki, o, 1966-ci ildə Atlas Müseyib qızı ilə ailə qurub. Dörd övladı dünyaya gəlib. 1999-cu ildə 33 illik həyat yoldaşı heç bir xəstəliyi, şikayəti olmadan dünyadan köçüb. Bununla da Tağının həyatını tamamilə dəyişdirib.

Ölüm xəbərini eşidən andan onda stressdən güclü əl və baş əsməsi meydana gəlib. Əli heç bir iş tutmayıb. Könüllü olaraq 41 il çalışdığı qazlaşdırma işindən ayrılıb. Müdriyyət nə qədər işə dəvət etsə də, o, daha heç vaxt işləyə bilməyəcəyini bildirib. Bundan sonrakı həyatını isə tam olaraq həyatdan nakam köçən həyat yoldaşının qəbristanlıqdakı son mənzilinə qulluğa həsr edib.

Tağı kişi ömür-gün yoldaşının 40 mərasimi qurtardıqdan sonra düz 1 il 28 gün soyuğa, şaxtaya, yağışa, istiyə baxmayaraq, hər gün onun dəfn edildiyi məzarlığa gedib. Hər gün ona qulluq edib. Məzar daşını silib, ətrafını alaq otlarından təmizləyib, qəbristanlığa gələn su xəttindən yaxınlığa su çəkib. Meyvə ağacları əkərək bağ salııb. Yalnız özündən böyük qardaşının təkidi ilə bu ziyarətləri günaşırı etməyə başlayıb.

Beləliklə, bu müddət ərzində “yaşayan sevgi əfsanəsi” rahatlığını yalnız öz nakam həyat yoldaşının son mənzilinə xidmətdə tapıb. Yolun uzunluğundan asılı olmayaraq, evdən çıxıb qəbristanlığa gələrkən heç yorulmadığını, sanki 10 metrlik bir yol qət etdiyini deyir. Buna baxmayaraq, qəbristanlıqdan evə getmək ona çətin olur.

“Allahın köməkliyi ilə, nə qədər canımda can var, ayağım yer tutur, hətta son nəfəsimə kimi gələcəm bura. Onsuz da mənim də son mənzilim buradır. O, mənim bir dəfə olsun sözümü yerə salmadı, qəlbimə toxunacaq söz demədi, gəlib-gedənimə qaş-qabaq eləmədi. Bəlkə də bu dediklərimi bircə dəfə etsəydi, indi cüzi də olsun özümə gəlməyim üçün əsas axtarardım. Amma tapa bilmirəm. O, ölmədi, məni öldürdü bala” – deyə Tağı kişi bildirir.

İndi Tağı kişi qəbristanlıqda 10-dan çox meyvə növü yetişdiririr. Saldığı bağda əncir, üzüm, nar, tut, şaftalı, hətta qoz ağacına kimi basırıb.

“Bu tut ağacı həyətdə idi. Budaqları az qala aynadan içəri girirdi. Hər səhər bir nəlbəki dərib gətirirdi ki, yeməkdən qabaq yeyim. O ağacı çıxarıb gətirib indi burda basırmaşam.” – deyə Tağı kişi bildirir.

Tağı kişi ağacları qəbirlərə mane olmasın deyə qəbristanlığın dərəylə birləşdiyi ərazidə əkib. Gündəlik sulayaraq əmələ gətirib. Bütün bunlara baxmayaraq, bu meyvələrdən hələ indiyəcən bir dənəsini də evinə aparmadığını deyir.

Onlardan qəbir üstə gələnlər, qəbristanlıq işçiləri istifadə edir. Hətta dərib aparıb evdə kompot hazırlayan, mürəbbə bişirənlər də var.
“Mən bu meyvələri yoldaşıma rəhmət oxusunlar deyə basdırmışam. Kim istəyir, doyunca istifadə etsin, bircə ağaclara ziyan vurmasınlar” – deyə o, bildirir.

Tağı kişi tək həyat yoldaşına deyil, digər dünyadan köçənlərinə də bağlı adamdır. O, öz evinin ən görünən yerində atasının və rəhmətə gedən qardaşı qızının şəklini daşa döydürərək divara vurub.

“Həmişə istəmişəm ki, ürəyimdə olduğu kimi gözümün qabağında da olsunlar, övladlarım da görsün, onları yaddan çıxarmasınlar” – deyir.

21-ci əsrin Məcnunu Gəncədə yaşayır

21-ci əsrin Məcnunu Gəncədə yaşayır

21-ci əsrin Məcnunu Gəncədə yaşayır


Xəbəri paylaş

7478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___