Yol polisi piyadaya gülməli bildiriş göndərdi - BAKIDA+VİDEO/FOTO
Tarix: 09-08-2016 | Saat: 11:23
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bakıda piyada zolağından keçən şəxs ilə yol polisi arasında mübahisə yaşanıb. Piyada yaşıl işıqda keçdiyini iddia etsə də, yol polisi qırmızı işıqda keçdiyini deyərək ona protokol tərtib edib. Uzun çək-çevirdən sonra piyada protokola imza atmadan gedib. Bir neçə gün əvvəl isə yol polisi həmin piyadanin ünvanına bildiriş göndərib. Ünvana gələn bildiriş isə gülüş obyektinə çevrilib.
"Piyada markalı" və "piyada dövlət qeydiyyat nişanlı avtomobil''. Bu ifadələr Bakıda yol polisinin bir piyadaya göndərdiyi bildirişdəndir... Belə ki, sürücülər üçün nəzərdə tutulan bildiriş piyadanın ünvanına göndərilib.
Hadisə bir neçə gün əvvəl paytaxt sakini Cəfər Cəfərlinin başına gəlib. Onun sözlərinə görə, Səbail rayonu ərazisində - İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində yolu keçərkən yol polisi onu saxlayıb. Həmin vaxt ərazidə xidmət aparan yol polisi Cəfər Cəfərliyə protokol yazaraq 20 manat cərimə edib. Amma piyada həmin vaxt protokola imza atmayıb. Bu səbəbdən də onun yaşadığı ünvana bir neçə gün əvvəl Xətai rayon Dövlət Yol Polis Şöbəsindən bildiriş göndərilib.
Ekspertlər deyirlər ki, bu cür bildiriş formalarının vətəndaşlara göndərilməsi normal hal sayıla bilməz. Əslində qayda pozuntusuna görə piyada, sürücü, hətta sərnişinə qarşı da ayrıca bildiriş növləri tərtib edilməlidir. O ki, qaldı piyadanın həmin ərazidə cərimələnməsinə nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, əgər hadisə həqiqətən də piyadanın dediyi kimi baş veribsə, ona yazılan cərimə doğru deyil. Piyada Cəfər Cəfərli məhkəməyə müraciət etməklə ona göndərilən bildirişi ləğv etdirə bilər.
Xəbəri paylaş
6998 dəfə oxunub.
Digər xəbərlər

4-08-2021, 12:07
Əmək müqaviləsiz işçiləri çalışdıran "Binəqədi park" MMC qanunları tanımır: - Tikinti "patron"u Nazim kimə arxayındır?..
21-01-2016, 16:41
Avtomobil ehtiyat hissələri bazarında icarə haqqı azaldırıldı
27-07-2018, 14:42
Sumqayıtda 8 istirahət mərkəzi cərimələndi
20-02-2017, 18:21
Şəfiqə Məmmədova məşhur filmdəki xəyanət səhnəsi haqda: "Niyə qurdalayırlar?" - VİDEO
11-08-2016, 23:35
Bank 9 ildən sonra müştəriyə 1 qəpiklik borc çeki göndərdi (FOTO)
3-01-2018, 18:16
Dünya liderləri hansı yaşdadır? - Siyahı
1-02-2016, 15:29
Ağcabədidə içi pul və qızılla dolu seyf oğurlandı
28-01-2019, 14:19
Boşanmaq istəyən arvadını və qayınanasını döydü
19-02-2018, 21:54
Ölkə başçısı SƏRƏNCAM verdi
21-04-2016, 23:54
"Xəstə olmağımın səbəbkarı budur" - FOTO