“Apple” “Samsung”la mübarizəsində məşhur brendlərdən dəstək aldı
Tarix: 09-08-2016 | Saat: 02:56
Bölmə:Karusel / İqtisadiyyat / M2 / Texnologiya | çapa göndər
Apple” korporasiyası əsas rəqibi “Samsung”la patent mübahisəsində məşhur dizaynerlərin dəstəyini alıb.
100-dən çox dizayner müvafiq ekspert rəyinə imza atıb.
ABŞ Ali Məhkəməsinə göndəriləcək ekspert rəyi ümumilikdə 111 peşəkar, o cümlədən “Calvin Klain”, “Paul Smith”, “Alexander Wang” geyim firmalarının dizaynerləri, eləcə də məşhur memar Norman Fister tərəfindən imzalanıb. Bundan başqa, “Louis Vuitton”, “Bentley”, “Microsoft” nümayəndələri də “Apple”a dəstək veriblər.
Mübahisə “iPhone” smartfonlarının zahiri görünüşünün “Samsung” tərəfindən “Galaxy” smartfonlarında istifadə edilməsi barədə “Apple”ın ittihamı ilə əlaqədardır. Bu barədə məhkəmə çəkişməsi 2011-ci ildən bəri davam edir. Əvvəlcə məhkəmə “Apple”ın tələbini haqlı sayaraq, “Samsung”u öz rəqibinə 930 milyon dollar təzminat ödəməyə məhkum edib. Lakin “Samsung” ötən ilin mayında məhkəmə qərarına yenidən baxılmasına nail olub, nəticədə təzminatın məbləği 548 milyona endirilib.
Hazırda “Samsung” bu məbləğin də aşağı salınmasına çalışır. Ekspert rəyində bildirilir ki, istehlakçının nöqteyi-nəzərindən cihazın zahiri görünüşü onun özəllikləri, funksiyaları haqda təsəvvür yaradır və “Apple” smartfonlarının dizayn elementlərinin başqası tərəfindən istifadəsi şirkətin gəlirlərinə zərbə vura bilər. Bu səbəblə şirkətə təzminat ödənməlidir.
Xəbəri paylaş
6028 dəfə oxunub.
Digər xəbərlər

18-01-2016, 14:50
Saakaşvilinin yeni qalmaqallı müavini
29-08-2018, 16:22
"Qoca"nın arvadı: "Fədayə Laçından incimişəm"
28-04-2023, 11:07
Azərbaycana gələn dünyaca məşhur model: Mən Bakıda bunu edə bilməyəcəm
30-09-2019, 23:38
Məşhur aktyorun qızına təcavüz etdilər
8-03-2016, 12:02
Ata "iPhone" almaq üçün qızını satışa çıxardı
16-10-2021, 13:31
SON DƏQİQƏ- Azərbaycanda işığın qiyməti qalxdı
17-02-2022, 14:36
Azərbaycanda DƏHŞƏT: Dəmir yolundan keçmək istəyən piyadanı qatar vurdu
21-08-2015, 13:01
“Ukraynalıların rus adlı qardaş xalqı yoxdur“ - Poroşenko