Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Səni təzə tapmışam itirmək istəmirəm - Nicat Səmədov
Tarix: 07-08-2016 | Saat: 14:46
Bölmə:Karusel / Təhsil / Maraqlı / Foto-fakt | çapa göndər

Səni təzə tapmışam itirmək istəmirəm - Nicat Səmədov

Səni təzə tapmışam itirmək istəmirəm.
Məhəbbət kitabısan oxuduqca doymuram,
Bir səhifəndə sevinc,
Bir səhifəndə kədər.
Səndə nələr var nələr...
Səni üzdən oxuyub bitirmək istəmirəm.
Sən nə dost kimi dostsan,nə də yar kimi yarsan.
Çox sağ ol yanımdasan,varlığın mənə bəsdir,
Sən nə yaxşı ki,varsan.
-----------------
Səni təzə tapmışam itirmək istəmirəm - Nicat Səmədov
Maraqlı söhbətlərin,bir az inamsızlığın,
İnadkarlığında var.
Səmimiyyətində var,tələbkarlığında var.
Sən bir az dəlisovsan,dəcəlliyində vardır,
İnsanı dəli edən gözəlliyində vardır.
Səni sevməmək olmaz,sən çox fərqli birisən,
Bəzən çox danışarsan,
Bəzən susub baxarsan.
Bir sözlə necə deyim?
əcəb cazibədarsan.
------------------
Səni təzə tapmışam itirmək istəmirəm - Nicat Səmədov
Bizim bu münasibət,nə adlanır görəsən?
Sənə sual verirəm çalış cavab verəsən.
Xoşbəxtlər sırasında,
Nə mən varam nə də sən.
Bəlkə kömək edəsən,
Birləşib bir ad qoyaq biz bu münasibətə.
Düşün!"məncə taparsan.
O qədər çətin deyil
Səninçün asan olar,
Bir az fərqinə varsan.
-------------------
Səni təzə tapmışam itirmək istəmirəm - Nicat Səmədov
Səni qisqanımmı mən?!
qisqanmaq istəmirəm.
Axı mənim deyilsən,nece qisqanim seni?!
Səndə nə vaxtsa məni,
tək qoyub gedəcəksən,aldanmaq istəmirəm.
Mən susuz bir ağacam.
Suya ehtiyacım var.
Sən əlçatmaz dağların,
Zirvəsindəki qarsan.
Susuzluqdan yanıram
Əriyib yavaş - yavaş,
Mənə tərəf axarsan ?!
Müəllif *** Nicat Səmədov ***10.07.2016.
Səni təzə tapmışam itirmək istəmirəm - Nicat Səmədov


Xəbəri paylaş

2 1818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___