Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Gözləri ağardı, ağzından köpük gəldi..." -Xırdalanda ölən 6 yaşlı uşağın anası FOTOLAR
Tarix: 01-08-2016 | Saat: 20:16
Bölmə:Karusel / Hadisə | çapa göndər

"Gözləri ağardı, ağzından köpük gəldi..." -Xırdalanda ölən 6 yaşlı uşağın anası FOTOLAR


Ölkə mediasının gündəmini zəbt edən 6 yaşlı qızın ölümü ilə bağlı maraqlı detallar bəlli olub.

"Xəbəraz.az " xəbər verir ki, hafta.az-ın əməkdaşının araşdırmasına görə, 29 iyul tarixində hadisə baş verən zaman vəfat edən 6 yaşlı Ramilənin anası Samirə Yarıyeva evdə olmayb. S.Yarıyeva hafta.az-ın əməkdaşına bildirib ki, o, restoranda işlədiyindən həmin gün də qızı evdə tək olub. O da məlum olub ki, Ağsu rayonunun Kəlva kəndindən olan Samirə Yəhyayevanın 4 övladı var. Ramilə onların ən kiçiyidir. İmkansızlıqdan digər övladlarını uşaq evinə verib:

“Keçmiş həyat yoldaşımla beş il bundan əvvəl ayrılmışıq. Mənim burada bir kimim-kimsəm olmayıb. 8 aydır ki, Almaz xanımın yanına sığınmışam. Qızım yıxılandan sonra mənə xəbər verdilər, gəldim. Elnarı saxlayıblar. Mənim bu müddət ərzində Elnardan heç bir narazılığım olmayıb. Öz uşağına nə alıbsa, mənim də övladıma həmin şeydən alıb. Birinci mənim övladımı yedirdib, sonra öz qızını”.

Adı qətli törətməkdə hallandırılan Elnar Hacıyev Samirə Yarıyevanın kirayə yaşadığı ev sahibəsinin oğludur. O, ailəlidir və Həcər adında bir qızı da var.

Hadisə baş verən vaxt həyətdə Ramilə ilə oynayan oynayan 6 yaşlı Həcər Hacıyeva hadisənin necə baş verdiyini danışıb:

"Gözləri ağardı, ağzından köpük gəldi..." -Xırdalanda ölən 6 yaşlı uşağın anası FOTOLAR

“Həyətdə oynayırdıq. Ağ kafellərin yanında sürüşKən bir yer var. Nənəm də, Ramilənin anası da, elə mən də bir neçə dəfə həmin yerdə yıxılmışam. Ramilə orada yıxıldı. Sonra ağzından köpük gəldi. Ata da ona su verdi. Nənə yatmışdı həmin vaxt. Nənəni qaldırdılar, o, da taksi tutub Ramiləni xəstəxanaya apardı. Polis əmilərə də bunu dedim”.

Elnar Hacıyevin anası, evin sahibəsi Almaz Hacıyeva bildirib ki, həyətə sürüşkən kafel döşənib. Başqaları da dəfələrlə burada sürüşüb-yıxılıb. 29 iyul tarixində də, Ramilə həyətdə yıxılaraq sürüşüb. Ona Elnar Hacıyev və Almaz Hacıyeva yardım etmək istəyiblər. Lakin sonradan uşağın vəziyyəti pisləşib. Onu taksi ilə xəstəxanaya aparan zaman yolda vəfat edib:

"Gözləri ağardı, ağzından köpük gəldi..." -Xırdalanda ölən 6 yaşlı uşağın anası FOTOLAR

“Bir də baxdım ki, əlləri göyərdi. Gözləri ağardı. Hiss etdim ki, keçinib. Oğlumu ona görə həbs ediblər ki, niyə hadisə olan kimi polisə məlumat verməyib. Həmin vaxt biz özümüzdə deyildik”.

Samirə Yarıyeva onu da bildirib ki, bu evdə yaşadığı müddətdə Almaz Hacıyeva və onun ailəsindən heç bir narazılıq olmayıb.

Qeyd edək ki, faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb. İstinatqı prokurorluğun müstəntiqi Tərlan Alıyev aparır.

Daxili İşlər Nazirliyi (DİN) Xırdalanda 6 yaşlı qızın ölüm faktı ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, iyulun 29-da Xırdalan şəhərindəki evlərdən birində kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva DİN-in “102 Zəng Mərkəzi”nə zəng edərək şəhər ərazisində qızı, 6 yaşlı Ramilənin müəyyən edilməmiş avtomobillə vurulması və onun ölməsi barədə məlumat verib.

Meyitin müayinəsi zamanı uşağın avtomobillə vurulması deyil, onun zorakılıq əlamətləri nəticəsində öldürülməsi müəyyən edilib.

"Gözləri ağardı, ağzından köpük gəldi..." -Xırdalanda ölən 6 yaşlı uşağın anası FOTOLAR

"Gözləri ağardı, ağzından köpük gəldi..." -Xırdalanda ölən 6 yaşlı uşağın anası FOTOLAR


Xəbəri paylaş

6208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___