Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı Ali Neft Məktəbində “Açıq qapı” günü keçirilib
Tarix: 01-08-2016 | Saat: 11:38
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Bakı Ali Neft Məktəbində “Açıq qapı” günü keçirilib
Bakı Ali Neft Məktəbində (BANM) “Açıq qapı” günü keçirilib. “Qafqazinfo”ya daxil olan məlumata görə, 1-ci ixtisas qrupu üzrə qəbul imtahanında 600-dən yüksək bal toplayan abituriyentlər və onların valideynləri ilə görüşən BANM-in rektoru Elmar Qasımov onları salamlayıb və imtahanda göstərdikləri yüksək nəticəyə görə ürəkdən təbrik edib.

İlk olaraq E. Qasımov tədbir iştirakçılarını Ali Məktəbin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumatlandırıb. Müasir dövrdə dünya əmək bazarında ən çox mühəndis kadrlara tələbat olduğunu vurğulayaraq E.Qasımov bu peşəyə yiyələnən abituriyentlərin BANM-də oxuyaraq gələcəkdə dünyanın ən iri neft-qaz şirkətlərində karyera qurmaq imkanı qazanacaqlarına və ən tələb olunan kadrlar olacaqlarına əminliyini ifadə edib. BANM-də BP, Statoil, Halliburton, Emerson, IBM və dünyanın bir sıra nüfuzlu digər neft-qaz şirkətlərinin tələblərinə uyğun kadr hazırlandığını qeyd edən rektor bildirib ki, Ali Məktəbin bir sıra tələbələrinin indidən belə şirkətlərə işə dəvət olunması artıq BANM-in nüfuzunun və uğurlarının göstəricisidir. Rektor SOCAR rəhbərliyinin diqqət və qayğısı sayəsində Ali Məktəbdə tələbələr üçün hər cür şərait yaradıldığını qeyd edib. O, zəngin maddi-texniki bazaya malik olan BANM-in dünyanın bir sıra nüfuzlu ali təhsil ocaqları, neft-qaz və ölkədə fəaliyyət göstərən transmilli şirkətlər ilə sıx əməkdaşlıq etdiyini bildirib. Bu əməkdaşlıq sayəsində BANM-in tələbələri üçün geniş təhsil və gələcək karyera imkanları yaradıldığını deyib. Sonda rektor abituriyentlərə BANM-in tələbə adını qazanmağı arzu edib.

BANM-in Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı Ali Məktəb haqqında təqdimatla çıxış edərək BANM-in Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə sıx əməkdaşlıq etdiyini deyib və bu əməkdaşlıq çərçivəsində BANM-də tədrisin bu universitetin proqramları əsasında həyata keçirildiyini, Ali Məktəbin seçilmiş tələbələrinin hər il bir semestr ərzində Heriot-Vatt Universitetinə təhsil almağa göndərildiyini bildirib.

Görüşdə iştirak edən BANM-in tələbələri tədbir iştirakçılarına oxuduqları təhsil müəssisəsində verilən yüksək keyfiyyətli təhsil, tələbə həyatı və müxtəlif şirkətlərdə keçdikləri istehsalat təcrübəsi haqqında təəssüratlarını və fikirlərini bölüşüblər.

Görüş çərçivəsində abituriyentləri və onların valideynlərini maraqlandıran suallar ətraflı cavablandırılıb.

Sonda abituriyentlər və valideynlər keçirilən səmərəli və səmimi görüşə görə BANM-in rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Bakı Ali Neft Məktəbində “Açıq qapı” günü keçirilib
Bakı Ali Neft Məktəbində “Açıq qapı” günü keçirilib


Xəbəri paylaş

6448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___